Yuli Borisoviç Xariton (;) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki.Династия Гессенов Чернышёв А. К. Подвиг Юлия Харитона .

Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954).

Həyatı Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb.Биография Юлия Харитона // РИА НовостиДименштейн И. Латвийский след атомной бомбы // delfi.lv

Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb.

O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır.

1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib. Ernest Rezorford və Ceyms Çadvikin rəhbərliyi altında o, elmlər doktoru (D. Sc., Doctor of Science) elmi dərəcəsi alıb.

Xaritonun dissertasiya mövzusu: "Alfa hissəciklərinin yaratdığı ssintillyasiyaların hesablanması haqqında" olub. Ezamiyyətdən qayıtdıqdan sonra Q. M. Frank ilə birlikdə mitogenetik şüalanma məsələləri ilə məşğul olmağa başlayır. Xariton bir müddət sonra kimyəvi kinetikaya — partlayıcı maddələrin nəzəriyyəsi məsələlərinin tədqiqi sahəsinə qayıdır.

Xariton 1931–1946-cı illərdə Leninqradda Kimya-Fizika İnstitutunda partlayıcı maddələr laboratoriyasının müdiri vəzifəsində çalışıb. Detonasiya, yanma nəzəriyyəsi və partlayış dinamikası üzrə elmi işlər aparıb. Eyni zamanda o, Leninqrad Sənaye İnstitutunda ümumi fizika kursundan dərs deyib və "Eksperimental və nəzəri fizika" jurnalının redaktoru olub.

1935-ci ildən — əsərlərinin məcmusuna görə fizika-riyaziyyat elmləri doktoru dərəcəsini alıb.

SSRİ nüvə layihəsində 1939–1941-ci illərdə Yuli Xariton və Yakov Zeldoviç ilk dəfə uranın parçalanmasının zəncirvari reaksiyasını hesabladılar. İkinci Dünya müharibəsinin başlaması ilə nüvə silahı üzərində işlər dayandırıldı, Çünki Xaritonun laboratoriyası adi silahlar üzərində işlərlə dolu idi. Böyük Vətən müharibəsinin qızğın vaxtında ağır nüvələrin kortəbii parçalanmasını kəşf edənlərdən biri Georgi Flerov İosif Stalinə məktub göndərərək, atom bombasının dizaynı və istehsalı üzərində işlərin təxirə salınmadan başlanmasını təkid etdi.

1946-cı ildə Xariton İqor Kurçatovun təşəbbüsü və təkidi ilə SSRİ Elmlər Akademiyasının Sarov şəhərində yerləşən 2 saylı məxfi laboratoriyasına (Arzamas-16) baş konstruktoru və elmi rəhbəri təyin olundu. Onun rəhbərliyi altında nüvə silahı proqramının həyata keçirilməsi işlərinə SSRİ-nin ən yaxşı fizikləri cəlb edildi. Yuli Xariton ən ciddi məxfilik şəraitində Sarovda ilk sovet atom (29 avqust 1949) və hidrogen (12 avqust 1953) bombalarının uğurlu sınağı ilə yekunlaşan işlərə rəhbərlik edənlərdən biri oldu. Atom silahının hazırlığının birinci mərhələsində əsas vəzifə sirlərinə yalnız dörd elm adamının daxil olduğu Amerika silahını öyərnmək idi. Bu qrupa Əlixanov, Kurçatov, Kikoin və Xariton daxil edilmişdi. İkinci mərhələdə isə silahın özü hazırlandı.

Yuli Xariton xatirələrində atom bombasının ilk sınağını belə təsvir edib: "29 avqust 1949-cu ildə atom bombasının sınağı keçirilirdi. Paliqona ali rütbəli hərbçi və tanınmış fiziklərlə yanaşı atom layihəsinin kuratoru Lavrenti Beriya da gəlmişdi. Həyəcanlı dəqiqələr yaşanırdı. İosif Stalin məruzə gözləyirdi. Hər şey uğurlu alındı. Beriya əvvəlcə Kurçatovu qucaqlayıb öpdü. Sonra məni qucağına alaraq alnımdan öpməyə başladı. Bəli, o, dəqiqələr sonra Stalinə zəng vurub SSRİ-nin nüvə silahına sahib olduğunu deyəcəkdi və bununla da özünün əvəzolunmaz kadr olduğunu sübut edəcəkdi." Xaritonun nəvəsi A. Y. Semenovun xatirələrinə görə isə, babası Beriyanın həyatında rastlaşdığı ən dəhşətli insan olduğunu söyləyirdi.

Yuli Xariton 1946-cı ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1953-cü ildən isə akademiki idi.

Xariton elmi fəaliyyəti dövründə normadan qat-qat artıq şüalanmaya məruz qalsa da, uzun ömür yaşayıb. 1996-cı il dekabrın 18-də 92 yaşında Sarovda vəfat edib. Moskvada, Novodeviçye qəbiristanlığında 9-cu bölmədə dəfn olunub.

İctimai fəaliyyəti Yuli Xariton 1955-ci ildə "Üç yüz məktubu"nu imzalayanlar arasında idi. 1956-cı ildən Sov.İKP üzvüdür.

O, 3–11 çağırış SSRİ Ali Sovetinin deputatı olub.

Xariton 1973-cü ildə "Pravda" qəzetinə alimlərin "akademik Andrey Saxarovun davranışını" pisləyən məktubunu imzalayan SSRİ Elmlər Akademiyasının akademiklərindən biri idi. Məktubda Saxarov "Sovet İttifaqının dövlət sistemini, xarici və daxili siyasətini gözdən salan bir sıra bəyanatlar verməkdə" ittiham olunurdu.

1965-ci ildə A. P. Aleksandrov və N. N. Semyonovla birlikdə Leonid Brejnevə Stalin şəxsiyyətinə pərəstişin pislənməsini ləğv etməməyə çağıran məktub imzalayıb.Юлий Борисович Харитон: Путь длиною в век. — : Наука, 2005. — С. 525.

1981-ci ildə o, A. Saxarovun ögey oğlu A. Semyonovun gəlini — Yelizaveta Alekseevanın SSRİ-ni tərk etməsini asanlaşdırmaq xahişi ilə Yuri Andropova müraciət edib.Юлий Борисович Харитон: Путь длиною в век. — : Наука, 2005. — С. 529.

1988-ci ildə o, Leninqrad ekologiyasına vurduğu zərərlə əlaqədar təsdiq edilmiş layihə üzrə Leninqrad bəndinin tikintisinə qarşı çıxıb.Юлий Борисович Харитон: Путь длиною в век. — : Наука, 2005. — С. 530.

İstinadlar

Ədəbiyyat Ю. Б. Харитон: Профиль автора // Журнал "Успехи физических наук" (данное досье также доступно здесь и здесь)

Xarici keçidlər Ю. Б. Харитон: Биография // Портал РНЦ "Курчатовский институт". Юлий Борисович Харитон (К восьмидесятилетию со дня рождения) / А. П. Александров, Е. И. Забабахин, Я. Б. Зельдович, П. Л. Капица, И. К. Кикоин, М. А. Марков, Н. Н. Семенов, В. Я. Френкель, А. И. Шальников // :Ru:УФН, 1984, т. 142, № 2, с. 357–358.

Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Rusiya alimləri Kateqoriya:SSRİ ixtiraçıları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Üçqat Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:Nüvə fizikləri