thumb|right|250px|Radibordakı keçmiş internat məktəbinin binası thumb|right|250px|1955-ci ildə Sorb gimnaziyası
Sorb Gimnaziyası Bautzen (, ) — Almaniyanın Bautzen şəhərində Fridrix List Ştrase üzərində yerləşən orta təhsil müəssisəsidi. Almaniyada tədrisin tamamilə Yuxarı Sorb dilində aparıldığı yeganə orta məktəbdi.
Tarixi
Sorb Gimnaziyasının əsası 1947-ci il sentyabrın 1-də Bautzen şəhərində qoyulub. Əvvəlcə Sorb Gimnaziyası İkinci Dünya müharibəsi zamanı ciddi zədələnmiş Katolik Ali Pedaqoji Məktəbində yerləşirdi. 1937-ci ildə Pedaqoji Məktəb bağlandıqdan sonra həmin binada Gömrük Məktəbi yerləşdi. Müharibə illərində bina hərbi hospital olub. Sorb gimnaziyası yarandığı ilk dövrdən internat məktəbi xarakteri daşıyırdı və ucqar kəndlərindən şagirdləri qəbul edirdi. Binada həmçinin Sorb Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşirdi. 1960-cı ildən Sorb Gimnaziyasının filialı 60-a yaxın oğlanın yaşadığı Radibora malikanəsində yerləşirdi. 1949-cu ildən Sorb Gimnaziyasında gənclər ansamblı, uşaq xoru və orkestr fəaliyyət göstərir. 2007-2008-ci illərdə Sorbiya Gimnaziyasının binası təmir edilmişdir. O vaxtdan bəri binada Sorb uşaqları üçün ibtidai məktəb yerləşir. 2012-ci ilə kimi Sorbiya Gimnaziyasını 2700-ə yaxın şagird bitirib. Dərslər hal-hazırda yuxarı sorb dili bacarıqlarına əsasən A və B qruplarına bölünür. A qrupu siniflərində əksər fənlər yuxarı sorb dilində tədris olunur. B qrupu sinifləri Alman və Yuxarı sorb dillərini bərabər bilən uşaqlar üçündür. Tələbələrin seçimi ilə fransız, ingilis, çex və rus dilləri tədris olunur.
Tanınmış müəllimləri
Frido Metschk - 1949-1955-ci illərdə gimnaziyanın ilk direktoru Jan Buk Lusatian - rəssamıdır Bogna Koreng - Sorb televiziya aparıcısıdır. Merana Tsushtsyna - Sorb yazıçısı və şairəsidir.
Tanınmış məzunları
Yan Bulank (1931-2002) - bəstəkar və xor dirijoru Klaus Thielmann (* 1933) - həkim, GDR Səhiyyə Naziri Jan Pol Nagel (1934-1997) - bəstəkar Sieghard Kosel (1939-cu il təvəllüdlü) - jurnalist və siyasətçi Gabriele Virth (* 1943) - diş həkimi və siyasətçi Benno Budar (1946-cı il təvəllüdlü) - jurnalist Toni Bruk (1947-2020) - kinorejissor və prodüser Ludvig Noack (1947-1996) - pedaqoq və siyasətçi Angela Stachova (1948-2022) - yazıçı və siyasətçi Stanislav Tillich (1959-cu il təvəllüdlü) - texnik, Saksoniyanın baş naziri Boqna Koreng (1965-ci il təvəllüdlü) - teleaparıcı Gabriela Maria Şhmeide (1965-ci il təvəllüdlü) - aktrisa Heiko Kosel (* 1966) - hüquqşünas Lubina Hajduk-Veljković (1976-cı il təvəllüdlü) - yazıçı
Mədəniyyət
Gimnaziyada Sorb gənclər ansamblı (1949-cu ildən), tez-tez xaricdə qonaq olan xor orkestrı və bir sıra digər işçi qrupları fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Təhsil müəssisələri Kateqoriya:Gimnaziyalar