220px|thumb|Çağatay şairi Əlişir Nəvainin portreti. Azərbaycan rəssamı Elmira Şahtaxtinskaya Azərbaycan–Çağatay mədəni əlaqələri, — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri.

Tarixi-mədəni arxa plan Oğuz-karluk mənşəyi, Orta Asiya–Qafqaz regionları arasında yaxın təmaslar, köçəri və yarımköçəri həyat tərzi, eləcə də eyni inanc sistemləri Azərbaycan və özbək şifahi ədəbiyyatına eyni nəfəsi vermişdir. Səlcuqlar, Xarəzmşahlar, Teymurilər dövründə oğuz və karluk tayfalarının bir yerdə yaşaması nəticəsində folklor mübadiləsi güclənmiş, obraz və süjetlər eyni mədəni yaddaşdan qaynaqlanmışdır.

Umay ana, Göy Tanrı inancı, yer-su ruhları, at kultu, şamanizm izləri həm Azərbaycan, həm də özbək mifoloji bazasında mövcuddur. Hər iki xalqın dastan mədəniyyətində oğuz qəhrəmanlıq ənənəsi, aşıq sənəti, vətən uğrunda mübarizə, sevgi mövzusu vacib yer tutur. "Koroğlu" dastanının həm Azərbaycan, həm də özbək variantları vardır, "Kitabi-Dədə Qorqud", "Alpamış" kimi dastanlarda oxşar qəhrəmanlıq modeli mövcuddur.

Digər bir vacib ünsür isə İslam dininin və sufi ənənələrinin təsiridir. Yəsəvilik, nəqşbəndlik, xəlvətilik kimi sufi təriqətlərinin yayılması özünü təsəvvüf poeziyası və dini nağıl və rəvayətlərdə göstərir. Bundan başqa, hər iki xalqın nağıl aləmində klassik Şərq motivləri – "Min bir gecə" üslubu, padşah sarayları, cadugərlər, divlər, cinlər, pərilər vacib yer tutur.

Dil əlaqələri Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır.Caferoğlu, A. (1948). ÇAĞATAY TÜRKÇESİ VE NEVAÎ . Türk Dili ve Edebiyatı Dergisi, 2 (3–4), 141–154 . Retrieved from https://dergipark.org.tr/tr/pub/iutded/issue/17038/177874 (page 152) Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.

Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir.

Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.

1840-cı ildə rus etnoqrafı İvan Şopen Azərbaycan dili və tatar dilinin eyni kökdən, Çağatay türkcəsindən gəldiyini iddia etmişdir.И. Шопен, "Некоторые замечания на книгу Обозрение российских владений за Кавказом", 1840 год, с. 143

Ədəbi əlaqələri

XIV–XV əsrlər XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.AY, Ümran. "KLASİK TÜRK ŞİİRİNDE ‘GİDELÜM BÂRİ ŞEHRÜŊDEN’ REDİFLİ GAZELLER ÜZERİNE BİR İNCELEME". Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches], c. 6, sy. 4, 2023, ss. 902–23, doi:10.58659/estad.1389967.

XIV–XV əsr Çağatay Şairi Lütfinin təsiri digər linqvistik ərazilərin, xüsusilə Azərbaycan və Osmanlı mühitlərinin şairlərində hiss edilirdi.Birnbaum, E., "Luṭfī", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960–2007 Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir. Əlişir Nəvainin İmadəddin Nəsimini tərifləməsi Mərkəzi Asiyanın Türk dünyasında Nəsiminin vacib şəxs hesab edildiyini göstərir.

XV əsrin ilk yarısına aid, Azərbaycan dilində yazılmış "Əqaid-i Övliya-i Səba" əsərində çağatay türkcəsi izlərinə rast gəlinir. Bu, həmin dövrün mədəni meylləri ilə izah edilə bilər. Çünki İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Səfəviyyə təriqətinin lideri Şeyx Sədrəddin Ərdəbilinin tələbələri arasında "monqol bəyləri və zadəganları" da var idi, ona görə də "Əqaid-i Övliya-i Səba" əsəri "monqollar"ın şərq türkcəsi biliyi nəzərə alınaraq, çağatayca təsiri ilə yazılmış ola bilər.

XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan şairləri Osmanlı və Çağatay ədəbiyyatlarının inkişaf etdikləri ərazilərin ortasında yerləşdiyi üçün həm öz dillərini, həm bu dilləri istifadə etmiş, hətta onlarda iki yazı dilini təbii və təsadüfi bir şəkildə birləşdirən qarışıq dil müşahidə edilmişdir. Nəsimi, Kişvəri, Xətai və Əmani kimi şairlərin əsərlərində çağatay-qıpçaq elementləri görülür. 220px|thumb|Teymuri Sultan Hüseyn Bayqaranın portreti. Əlişir Nəvai ilə bir yerdə Herat ədəbi məktəbinin öndəridir. Azərbaycan şairi Kişvəri onun kimi bir hami tapa bilməməsindən şikayətlənirdi.

Əbdüləzəl Dəmirçizadə Azərbaycan yazı dilində şərqi türk ləhcələri ünsürlərinin mövcud olduğunu qeyd edir. Bu xüsusiyyətlər daha çox dini əsərlərdə vardır. Bunun səbəbləri uyğur dilindəki "Bəxtiyarnamə" və "Rübabnamə" əsərlərinin, həmçinin Əlişir Nəvainin əsərlərinin təsiri, Səfəvilər dövlətində qeyri-azərbaycanlı türk boylarının yaşamasıdır. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.

Nəvai və Çağatay təsiri ilə yazmış şəxslər arasında Şamaxı qazısı Yusif Ziya Məhdum, Nəqşibəndiyəyə məxsus Baba Nemətullah Mahmud Naxçıvani, təbib Məmməd Dilşad Şirvani, din alimi Şirvanlı Seyid Yəhya Cəmaləddin, Şirvanlı Fəthullah, Nəvai məclislərində olmuş Hülqi, Allahi, Ziya vardır.

Səfəvi dövründən XIX əsrə qədər Şah İsmayıl Xətai sarayına yaxın şəxslər arasında Şərq türk ləhcəsi təsiri görülür. Həmçinin Sadıq bəy Əfşar "Məcməül-Xəvas" adlı təzkirəsini Nəvai dilinə yaxın bir dil ilə yazmışdır. Salman Mümtaza görə, Şah I İsmayıl fars və çağatay dillərindəki ədəbiyyatın qarşısını almağa çalışmış, Azərbaycan dilində şeir yazan şairlər yetişdirmişdir. O, Azərbaycan dilində divan da yazmışdır. Şah İsmayıl Nəvai təxəllüsünə qarşı Xətai təxəllüsünü götürmüşdür. Xətainin tez ölməsi nəticəsində Azərbaycan ədəbiyyatında çağataycanın təsiri davam etmişdir. Uzun müddət çağatayca ədəbi dil olaraq qalmış, uzun gecələr boyunca Nəvai şeirləri ilə vaxt keçirilmişdir. Ancaq Füzulinin ədəbiyyatının yayılması nəticəsində Nəvai təsiri tədricən, yavaş-yavaş azalmağa başlamışdır.

Azərbaycan şairi Füzulinin yaradıcılığı həm Anadolu, həm də Çağatay ədəbiyyatına təsir göstərmişdir. Hər iki ənənəyə mənsub olan, sonrakı dövrlərdə yaşamış yazıçılar Füzulinin yaradıcılığından onun öz poeziyası vasitəsilə ənənəvi mövzu və ideyaları yenidən şərh etmək bacarığına görə istifadə etmişdilər. Bu, iki ədəbi ənənəni bir-birinə yaxınlaşdırmışdır.

Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.

Azərbaycan və Çağatay ədəbiyyatlarının təmsil edildiyi türk ədəbiyyatı uyğur muğamında istifadə edilən poeziya üçün mənbə rolunu oynamışdır. Uyğur muğamında istifadə edilən materiallar "Leyli və Məcnun", "Tahir və Zöhrə", Azərbaycan ədəbiyyatının Nəsimi və Füzuli kimi şairlərinin əsərləridir.Czekanowska, Anna. "Aspects of the Classical Music of Uighur People: Legend versus Reality." Asian Music, vol. 14, no. 1, 1982, pp. 94–110. JSTOR, https://doi.org/10.2307/834045. Accessed 7 July 2024. page 96.

XVII əsrdə Səfəvi dövlətinin paytaxtının İsfahan olmasına görə, fars dilinə Səfəvilər tərəfindən üstünlük verilmiş, buna baxmayaraq, Füzuli və Nəvai üslubundakı Azərbaycan poeziyası çiçəklənməyə davam etmişdir. XIX əsrdə türk dilinin Qacar sarayında istifadə edilməsi nəticəsində, bu dildəki ədəbi fəaliyyət güclənmişdir. Osmanlı və Çağatay poezisiyasına və filologiyaya marağın artmasını göstərən sübutlar Fətəli Qacar Qəzvininin "Behcat əl-lüğət" və Məhəmməd Saleh İsfahaninin "Əl tamğa-ye naşeri" əsərləri idi.

Azərbaycan şairi Abdulla bəy Asi gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır. O, Mir Möhsün Nəvvabla birgə Şuşada şairlər məclisi kimi fəaliyyət göstərən "Məclisi-fəramuşan"ın qurucusu və aktiv üzvü olmuşdur. Onun yazdığı qəzəl "qəzəli-çağatai" olaraq, Mir Möhsün Nəvvabın "Təzkirəyi-Nəvvab" əsərində verilmişdir. Bundan başqa, Seyid Əzim Şirvani öz təzkirəsində çağatayca şeir yazmış şairləri qeyd etmişdir. Xronoloji olaraq nəzər salınanda Şirvaninin siyahısı XV əsrdə Kişvəri ilə başlayır, XIX əsrdə Abdulla bəy Asi ilə qurtarır.

Müasir dövrdə rolu

Nəvai əlyazmaları AMEA Əlyazmalar İnstitutunda bir çox Nəvai əlyazması qorunur: M-274. 1644–1645-ci illərə aiddir, Mərvdə köçürülmüşdür, Füzuli və Nəvainin əsərləri daxildir. M-114/3010. 1484-cü ildə köçürülmüşdür. Naxçıvanlı Məhəmmədqulu ibn Həsənə məxsus Nəvai divanı əlyazmasıdır. M-107–2996. Şairin "Məcalisün–nəfais" əsərinin ən qədim əlyazmasıdır (1557-ci il). 1632-ci ilə aid əlyazma. Şair Mirzə Xəlilə məxsusdur. Nəvainin "Nəvadirün-nihayə" divanı "Bədayeül-bidayə" əsəri ilə birlikdə cildlənmişdir. 1642-ci ilə aid əlyazma. Mirzə Adıgözəl bəyə məxsusdur (1821-ci ilə aid qeyd). 1537 və 1694-cü ilə aid əlyazmalar. AMEA-da qorunan bu 2 əlyazma Abbasqulu ağa Bakıxanovun kitabxanasında olmuşdur. Nəvainin "Leyli və Məcnun" poemasının da Bakıxanovun kitabxanasında olması haqqında məlumatlar vardır.

Azərbaycan-özbək-uyğur mədəni əlaqələri Britannika Ensiklopediyasına görə, Azərbaycan bayrağındakı 8 guşəli ulduz 8 türk xalqını göstərir. Bu türk xalqlarından biri də çağataylardır.Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan .