Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun Əcəxur kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir.
Toponimikası Böyük Muruq oyk., mür. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir. Güman etmək olar ki, murux-muxur sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Toponimiyada Muxur "keçə alaçıq" mənasında işlənir. Oykonim "böyük oba, böyük aul" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 564 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri