Abbas Məmmədəli oğlu İbrahimov (11 iyul, 1981) — "ABB" ASC-nin İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyası-nın vitse-prezidenti, Əmanətlərin Sığortalanması Fondu-nun Himayəçilik Şurasının üzvü.

Həyatı Abbas İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili 1994–1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. 2003-cü ildə Ankara Universitetində Biznes iqtisadiyyatı ixtisası üzrə bakalavr, 2005-ci ildə İstanbul Texniki Universitetində İqtisadçı-menecer ixtisası üzrə MBA dərəcəsi alıb.

Təcrübəsi Abbas İbrahimov bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə "Bank of Baku" ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. 2015–2016-cı illərdə "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri olub. 2017-ci ildə "ABB" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2018-ci ilin dekabrından "ABB" ASC-nin İdarə Heyətinin sədridir.

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadçıları