Sir James Whyte Black () — Şotlandiyalı həkim və farmakoloq.

Karyera Karyerasını çox universitetdə tətqiqatçı və tədris üzvü kimi keçdi. Qlazqo Universitetdə fiziologiya şöbəsini təsis etib və burada adrenalinin insanın ürəyinə təsiri ilə maraqlanıb. O, araşdırmalarının nəticəsində Adrenalin hormonunun ürəyin daha çox pompalanmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olduğunu bildirib. 1960-cı illərin əvvəllərində adrenalin reseptorunu dayandıraraq ürəyə sakitləşdirici təsir göstərən "Propranolol" preparatını hazırlayıb. 1970-ci illərin əvvəllərində mədə turşusunun əmələ gəlməsini maneə törədən və xoralarla mübarizədə istifadə edilən "Simetidin" adlı dərman hazırlayıb.

İstinadlar