Xəlilov Zahid Əziz oğlu () — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003).

Həyatı 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982). Şeirləri "Ədəbiyyat" qəzetində, "Azərbaycan", "Ulduz" və digər mətbuat orqanlarında vaxtaşırı çap edilir. 10-a yaxın şeirlər kitabının, bir sıra publisistik yazıların və mahnı sözlərinin müəllifidir.

1992-ci ilin mart ayından etibarən Bakı şəhərində dövlət qulluqçusu kimi əmək fəaliyyətini davam etdirir. Dövlət qulluğunun müşaviridir.

Ailəlidir, 2 övladı var.

Fəaliyyəti Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. 1992-1996-cı illərdə Nəsimi Rayon İcra Hakimiyyətində - Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbədə 1-ci dərəcəli təlimatçı, Mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsində müfəttiş, həmin şöbənin müdiri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi hakimiyyəti orqanları, ictimai idarə və birliklərlə iş üzrə şöbənin müdiri, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Nəsimi rayon şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

1999-2013-cü illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçının müavini, 2013-2015-ci illərdə Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-ci ildən 2020-ci ilin dekabr ayınadək Nəsimi rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2020-ci ilin dekabr ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviridir.

Mükafatları 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli, 2978 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Dövlət qulluğunun müşaviridir.

"Simurq" milli mükafat fondunun təsis etdiyi "İlin şairi" (2001) və "İlin müəllifi" (2002) nominasiyalarının qalibi olmuşdur. 2013-cü ildə "Avropa Nəşr Mətbu evi" tərəfindən ən yaxşı vətənpərvər şair kimi qızıl medala layiq görülmüşdür.

2020-ci ildə "Vətənpərvərlik işində xidmətlərinə görə", 2023-cü ildə "Fədai" medalları ilə və bir neçə Fəxri fərman və diplomlarla təltif edilmişdir.

Əsərləri Könlüm səni istəyir, Bakı, “Azərbaycan” nəşriyyatı, 1993, 148 səh., Dünyadan qaçmağım gəlir, Bakı, Sabah, 1995, 80 səh, Çıxmışıq Tanrı yanına, Bakı, “Təhsil-Elm İstehsalat Mərkəzi” nəşriyyatı, 1997, 74 səh., Qəm yüküyəm bu dünyanın, Bakı, Yazıçı, 1999, 160səh., Sevgi məktubları, Bakı, Gənclik, 2002, 96 səh., Gözlərim yol çəkir, Bakı, Gənclik, 2003, 224 səh., Hər yaşın özünün öz sevdası var, Bakı, Qismət, 2009, 208 səh. Mənim yazdıqlarım..., Bakı, "Bakı Mətbəəsi" ASC, 2023, 288 səh.

Xarici keçidlər Sevil Sevinc - Azərbaycan Bayrağı (Official Clip) "Azərbaycan əsgəri". Aprel döyüşləri haqqında mahnı Nəsimi məktəbliləri ilk dəfə “Ölkəmizi tanıyaq” himnini oxudular Arif Selimov - Men Sevginin | Azeri Music OFFICIAL Miraslan Bəkirli Zahid Əzizin "Tənhayam" seirini xalq artisti Eldost Bayram oxuyur Zeka Vİlayetoğlu Teline Qurban Olduğum 2003 Mənim ola Zəka Vilayətoğlu Zəka Vilayətoğlu - Anam Zahid Əziz- Dağlar məni tanımadı. Zahid Əziz - Öz yurduma, öz yuvama gedirəm Dola qollarını boynuma gülüm Zahid Əziz: Ana gördüm—lap anamın özüydü. Səsləndirdi: Roza Rüstəmova Miraslan Bəkirli Qərbi Azərbaycan yazarları-Zahid Əziz-"Bir şair tanıyıram"

İstinadlar

Kateqoriya:Kişi şairlər Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri