Azərbaycan Futzal Federasiyası - və ya digər adı ilə AFF – Azərbaycan Respublikasının Futzal yarışlarını idarə edən təşkilat.

Tarixi 1950–60-cı illərdə Bakı öz küçə futbolu ilə məşhur idi. Şəhərdə elə bir küçə, məhəllə, kənd və qəsəbə yox idi ki, oranın öz futbol komandası olmasın. Məsələn, İçərişəhər, Sovetski, Dağlı məhəlləsi, "Kubinka" deyilən yerlərdə güclü komandalar var idi. 132 və 190 saylı məktəblərin həyətləri və başqa geniş yerlər həmin komandaların stadionu idi. Bu komandaların hamısını bir yerə cəlb etmək, ən əsası isə Neftçi PFKnun ustalardan ibarət komandası üçün perspektivli gəncləri aşkar etməkdən ötrü turnir keçirmək vacib idi.

Keçmiş SSRİ məkanında mini-futbol üzrə ilk turnirin Bakıda keçirilməsinin təşəbbüskarları "Bakı" və "Baku" axşam qəzetlərinin məşhur idman icmalçısı Oqtay Atayev və əməkdar idman ustası Ələkbər Məmmədov olub.

"Bakı" və "Baku" axşam qəzetlərinin mükafatları uğrunda ilk mini-futbol turnirinin startı 1969-cu il yanvarın 20-də verilmişdir. Yarışlar keçmiş "İnturist" mehmanxanasının yanındakı indiki Bakı İdman Sarayıda keçirilirdi. İlk dəfə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb. Bu cür turnirlər növbəti illərdə də keçirilməyə başladı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk çempionat 1993-cü ildə keçirilib. "Nicat" və "Avtomobilçi" komandaları eyni sayda – 5 xal toplasalar da, topların göstəricisinə görə üstünlük qazanan "Nicat" komandası Azərbaycanın ilk çempionu olub.

Ölkə kuboku uğrunda ilk yarış isə 1995-ci ildə keçirilib. "Neftçi"nin gənclərdən ibarət komandası veteranlardan qurulmuş heyəti məğlub etməklə adını tarixə yazdırıb.

Futzal üzrə Azərbaycan milli komandası rəsmi yarışlarda 1995-ci ildən iştirak edir. Milli Avropa çempionatının final mərhələsində 2010-cu, Dünya çempionatının həlledici mərhələsində isə 2016-cı ildə debüt edib. 2010-cu ildə Avropa çempionatını dördüncü pillədə başa vuran milli komanda sonrakı — 2012 (qrup), 2014 (qrup), 2016 (1/4), 2018 (1/4) və 2022-ci illərdə (qrup) keçirilmiş qitə birinciliyinin final mərhələsində iştirak edib.

Klub səviyyəsində ən yüksək nəticəni "Araz-Naxçıvan" MFK qazanıb. Bu komanda 2010-cu və 2014-cü illərdə UEFA Kubokunun bürünc medallarına sahib çıxıb. Yeri gəlmişkən, 2018-ci ilə qədər klub səviyyəsində ən mötəbər yarış hesab edilən UEFA Kubokunun "Dördlər finalı" 2014-cü ilin aprelində Bakıda keçirilib. Bu yarış 2018–2019-cu illər mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.

A Milli

2017/2018 Oyun Cədvəli Tarix Saat Şəhər Komanda A Hesab Komanda B Növ 29.03.2017 18:30 Bakı Azərbaycan 6–1 Moldova YO 30.03.2017 18:30 Bakı Azərbaycan 3–2 Moldova YO 08.04.2017 18:30 Bakı Azərbaycan 5–4Bosniya AÇ 09.04.2017 18:30 Bakı Azərbaycan 5–0 Albaniya AÇ 11.04.2017 20:00 Bakı Macarıstan 1–6 Azərbaycan AÇ 03.12.2017 18:30 İsfahan İran 3–3 Azərbaycan BT 04.12.2017 16:30 İsfahan Rusiya 4–3 Azərbaycan BT 06.12.2017 09:30 İsfahan Qazaxıstan 3–3 Azərbaycan BT 23.01.2018 21:00 Bakı Azərbaycan 3–3 İran AÇ 24.01.2018 21:00 Bakı Azərbaycan 1–4 İran AÇ 02.02.2018 21:00 Lyublyana Fransa 3–5 Azərbaycan AÇ 04.02.2018 23:45 Lyublyana Azərbaycan 0–1 İspaniya AÇ 06.02.2018 21:00 Lyublyana Portuqaliya 8–1 Azərbaycan AÇ 23.09.2018 16:00 Bakı Azərbaycan 1–3 Qazaxıstan YO

2019/2020 Oyun Cədvəli Tarix Saat Şəhər Komanda A Hesab Komanda B Növ 11.04.2019 20:00 Liepaya Latviya 1–3 Azərbaycan YO 12.04.2019 19:00 Liepaya Latviya 2–2 Azərbaycan YO 15.04.2019 21:00 Zrenjanin Serbiya 1–2AzərbaycanYO 16.04.2019 20:00 Pozarevic Serbiya 7–5 AzərbaycanYO 26.08.2019 19:30 Minsk Belarus 5–3AzərbaycanYO 28.08.2019 19:00 Borisov Belarus 4–2AzərbaycanYO 22.09.2019 16:00 Həştərxan Rusiya 2–1Azərbaycan BT 23.09.2019 16:00 Həştərxan İran 2–2Azərbaycan BT 25.09.2019 15:00 Həştərxan Azərbaycan 2–5Qazaxıstan BT 23.10.2019 20:00 Bakı Azərbaycan 3–1 MoldovaDÇ — ƏM 24.10.2019 20:00 Bakı Azərbaycan 3–2 MonteneqroDÇ — ƏM 26.10.2019 20:00 Bakı Slovakiya 0–2AzərbaycanDÇ — ƏM 21.01.2020 20:00 Bakı Azərbaycan 2–3 Özbəkistan YO 22.01.2020 20:00 Bakı Azərbaycan 4–3 Özbəkistan YO 29.01.2020 23:00 Qradsk Xorvatiya 2–0AzərbaycanDÇ — ER 30.01.2020 20:00 Qradsk Azərbaycan 4–3RusiyaDÇ — ER 01.02.2020 20:00 Qradsk Slovakiya 3–3AzərbaycanDÇ — ER

2020/2021 Oyun Cədvəli Tarix Saat Şəhər Komanda A Hesab Komanda B Növ 29.01.2021 18:00 Bakı Azərbaycan 4–1 Slovakiya AÇ — SM 02.02.2021 20:00 Afina Yunanıstan 0–3 Azərbaycan AÇ — SM 04.03.2021 19:00 Bakı Azərbaycan 5–1 Moldova AÇ — SM 09.03.2021 20:30 Çoresku Moldova 3–5 Azərbaycan AÇ — SM 08.04.2021 18:00 Levice Slovakiya 1–1 Azərbaycan AÇ — SM 14.04.2021 19:00 Bakı Azərbaycan 4–0 Yunanıstan AÇ — SM

Həmçinin Bax Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Futzal Kateqoriya:Azərbaycanda futzal