Frederik Bintsamu (; ) — Konqo Respublikası protestant din xadimi və "yarıdindar" üsyançı "Ninca" qrupunun lideri.

Frederik Bintsamu 29 avqust 1964-cü ildə Brazzavildə anadan olmuşdur.O, 2007-ci ilin aprelində Brazzavildə mərkəzi hökumətlə sülh sazişi imzalamışdır. Müqaviləyə əsasən, Bintsamu sülh və təzminatlara cavabdeh olan nazir müavini vəzifəsi müqabilində öz milislərini dağıtmalı idi.John James, "Ninja leader due in Congo capital" , BBC News, 10 September 2007.

Bintsamu, nəhayət, 28 dekabr 2009-cu ildə Sülh Dəyərlərinin Təbliği və Müharibənin Dağıntılarının Bərpası üzrə Baş Nümayəndə kimi rəsmi vəzifəsinə təyin edilmişdir."Congo: l'ex-chef rebelle Ntumi à Brazzaville, après 12 ans dans le Pool", Agence France-Presse, 28 December 2009 ."Retour à Brazzaville du pasteur Ntumi" , Radio France Internationale, 29 December 2009 .

Respublikaçılar Milli Şurasının namizədi kimi dayanan Bintsamu 2014-cü ilin sentyabrında keçirilən yerli seçkilərdə Pul departamentində yerləşən Mayamada yerli məclis üzvü seçilmişdir."Résultats des élections locales du 28 septembre 2014" , ADIAC, 6 October 2014 .

İstinadlar

Kateqoriya:Konqo Respublikası siyasətçiləri Kateqoriya:Protestantlar