Regent Universiteti (əvvəllər Regents College) — İngiltərənin London şəhərində yerləşən özəl universitet. O, Avropanın ən böyük ali təhsil təminatçısı olan Galileo Global Education-ın bir hissəsidir.

Regents Universiteti 1984-cü ildə Regent Kolleci olaraq təsis edilmişdir. 2012-ci ildə təhsil dərəcələri vermə səlahiyyətini aldı və 2013-cü ildə universitet oldu. İngiltərədəki beş özəl universitetdən biridir. Universitetin kampusu Mərkəzi Londonda, Regent Parkında yerləşir.

İstinadlar