Kod adı: "V. X. A." və ya Kod adı "Vətən xainlərinin arvadları" ― 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa.

Tamaşa Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqındadır.

Haqqında Tarixi faktlara əsasən yazılmış əsərin müəllifi Mehriban Ələkbərzadədir. Əsərdə XX əsrin 30-cu illərində Azərbaycanda baş verən Stalin repressiyalarıdan əziyyət çəkən qadınların sürgündəki həyatları təsvir edilib. Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunub.

Tamaşanın premyerası 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

Tamaşada şairə sürgün edilmiş 37 azərbaycanlı qadının həyatı o cümlədən də şairə Ümmügülsümün, şairə və Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadın, aktrisa Panfiliya Tanailidinin, pianoçu Xədicə Qayıbovanın, Quba Qızlar Seminariyasının direktoru Sənubər Eyyubovanın, maarif xadimi Mədinə Qiyasbəylinin, ictimai-siyasi xadimlər Ceyran Bayramovanın, Ayna Sultanovanın həbsxanada və ya sürgündə başlarına gələn hadisələr real faktlar əsasında səhnələşdirilib.

Tamaşanın heyəti Yaradıcı heyət Quruluşçu rejissor — Mehriban Ələkbərzadə Quruluşçu rəssam — Mustafa Mustafayev Bəstəkar — Azər Hacıəsgərli İşıq üzrə rəssam — Vadim Kuskov 2-ci Rejissorları — Nihad Qulamzadə, Gülnar Hacıyeva Rejissor assistentləri — Günay Qasımova, Sevda Hacışəmiyeva

Rollarda

Kəmalə Müzəffər — 30024 — Şükriyyə Bejanidze Leyli Vəliyeva — 2385 — Ceyran Bayramova Qəmər Məmmədova — 30037 — Umgülsüm Sadıqzadə Şəfəq Əliyeva — 28965 — Xavər Qarayeva Günel Məmmədova — 2496 — Ayna Sultanova Gülər Nəbiyeva — 30418 — İzzət Vəzirova Aygün Fətullayeva — 10506 — Dilbər Axundzadə Səbinə Məmmədzadə — 30419 — Şövkət Məmmədxanova Asya Atakişiyeva — Aydan Hesenzade. 30415 — Tamara Hüseynova İlqarə Tosova — 1775 — Zivər Əfəndiyeva Zülfiyyə Alhüseynova — 30510 — Panfiliya Tanalidi Mehriban Abdullayeva — 2239 — Firəngiz Rzayeva Sevinc Əziz — 29954 — Xədicə İsmayılova Zemfira Əbdülsəmədova — 22482 — Güllü Camalbəyova Könül Əbilova — 30789 — Anna Kisilyova Nübar Novruzova — 30585 — Sitarə Qarayeva Fəridə Qurbanova — 30212 — Xədicə Qayıbova Naibə Allahverdiyeva — 23346 — Kriminal avtoritet Könül Şahbazova — 30418 — Mariya Paşina Yasəmən Məmmədova — 82185 — Yelizaveta Qorbunova Nəsibə Eldarova — 30221 — Kövsər Seyidbəyli Xalidə Əliməmmədova — 82231 — Xədicə Kəngərlinskaya Nuriyyə Əliyeva — 2385 — Gülarə Qədirbəyova Şəbnəm Hüseynova — 2334 — Suğra İsazadə Simuzər Ağakişiyeva — 1314 — Sənubər Eyyubova Mehriban Hüseynova — 29997 — Natalya Talıblı İradə Rəşidova — 30001 — Məryəm Mirqədirova Güşvər Şərifova — 29998 — Ruhiyyə Qurbanova Gülbəniz Lətifova — 29981 — Firuzə Eminbəyli Hüsniyyə Əhmədova — 2230 — Mədinə Qiyasbəyli Xəyalə Qasımova — 30610 — Mələk Qədirli Zümrüd Quliyeva — 1746 — Alyona Şaxova Aybəniz Heydərova — 29988 — Nəimə Məmmədova İlahə Əmirxanova — 30073 — Anastasiya Qasımova Nuranə Hüseynova — 30527 — Fəridə Salamzadə Venera Abbasova — 10222 — Səfurə Səlimova Kərəm Hadızadə — Qəzənfər Musabəyov Araz Pirimov — Həmid Sultanov Nofəl Vəliyev — Bakuyev Vahid Əliyev — Qoca qazax Hilal Dəmirov — Məmməd Bəhram Əliheydər — Orxan Anar Səfiyev — Şaban Nurlan Süleymanlı — Əziz Şövqi Hüseynov — mühüm işlər üzrə müstəntiq İlham Əsədov — müstəntiq Vüqar Məmmədəliyev — müstəntiq Elnur Kərimov — müstəntiq

Həmçinin bax Siyasi Repressiya Qurbanları Muzeyi Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi ALJİR (roman)

İstinadlar

Xarici keçidlər

Kod adı "V. X. A" — treyler Kod adı "V. X. A" tamaşaya hazırlıq Kod adı VXA Tamaşasının musiqiləri / Azər Hacıələsgərli

Kateqoriya:2022-ci ilin tamaşaları Kateqoriya:Siyasi repressiyalar Kateqoriya:SSRİ-də baş verən repressiyalar mədəniyyət və incəsənətdə Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan pyesləri Kateqoriya:Azərbaycanda qadın Kateqoriya:Tarixi pyeslər