Covanotti (, əsl adı — Lorentso Kerubini (; ) — tanınmış İtalyan müğənnisi, repçi və disk jokey.

Həyatı Covanotti (italyanca "cavan, gənc" deməkdir) 27 sentyabr 1966-cı ildə Romada doğulub. Orta məktəbi bitirdikdən sonra o, bir neçə diskoteka və radio stansiyalarında disk jokey kimi çalışmağa başlayır. 1987-ci ildə "Walking" adlı ilk sinql işıq üzü görür. Onun ilk studiya albomu olan "Jovanotti for President" 1988-ci ildə buraxılır və ideologiya və siyasətə heç bir maraq göstərməyən 80-ci illərin italyan gəncliyinin simvoluna çevrilir. Parlaq solo karyerası ilə bərabər, Covanotti bir çox tanınmış musiqiçilərlə də uğurlu işlərə imza atır.

Albomlar 1988 – Jovanotti for President 1989 – La mia moto 1990 – Giovani Jovanotti 1991 – Una tribù che balla 1992 – Lorenzo 1992 1994 – Lorenzo 1994 1997 – Lorenzo 1997 — L'albero 1999 – Lorenzo 1999 — Capo Horn 2002 – Lorenzo 2002 — Il quinto mondo 2005 – Buon sangue 2008 – Safari 2011 – Ora 2015 – Lorenzo 2015 CC. 2017 – Oh, vita! 2022 – Il disco del Sole

İstinadlar

Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:İtaliya bəstəkarları Kateqoriya:İtaliya hip-hopu Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:Roma şəxsləri