Robert Qabor Şarl "Rogi" Viq (; ) — Niderland şairi, romançısı və musiqiçisi.
Həyatı Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır.
Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir. Viq 15 iyul 2015-ci ildə Amsterdamda, 52 yaşında vəfat etmişdir. O, dözülməz psixoloji və fiziki əzablara görə evtanaziyaya qərar vermişdi.Dichter Rogi Wieg (52) overleden (in Dutch), Nos.nl, 2015.
İstinadlar
Kateqoriya:Niderland şairləri Kateqoriya:Niderland musiqiçiləri Kateqoriya:Niderland yazıçıları