– San-Marinoda yerləşən şintoist məbədi. Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.

Arxa plan San-Marino məbədi Avropada yerləşən ilk rəsmi şintoist məbədi olsa da, 1991-ci ildə Amsterdam şəhərində də şintoist məbədi tikilmiş və Paul de Leu həmin məbədin baş rahibi olmuşdur. Bundan əlavə, Fransada yerləşən bir buddist məbədində kiçik şintoist məbədi fəaliyyət göstərir.

Tarixi San-Marino məbədi Tohoku zəlzələsində ölən şəxslərin xatirəsini yad etmək məqsədilə 22 iyun 2014-cü ildə açılmışdır. Məbəd San-Marino–Yaponiya Dostluq Cəmiyyətinin maliyyə dəstəyi ilə tikilmişdir. Tikinti işləri zamanı İse məbədinin ağacından və şinmey-zukuri memarlıq üslubundan istifadə edilmişdir.

Məbədin açılışında 150 şəxs iştirak etmişdir. Bu şəxslərə Yaponiya Şintoist Məbədləri Assosiasiyasının prezidenti, İvaşimizu Haşimanqu məbədinin baş rahibi və baş nazir Şinzo Abenin anası daxil idi.

Xüsusiyyətlər Məbəddə günəş kamisi Amaterasuya səcdə edilir. Baş rahibi Françesko Briqantedir. O, bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdur. Məbədin illik festivalı iyun ayının sonuncu həftəsonunda baş tutur. Məbəd şinto toylarının keçirilməsi üçün də uyğundur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şintoist məbədləri Kateqoriya:San-Marinodakı dini tikililər Kateqoriya:2014-cü ildə yarananlar Kateqoriya:Serravalle (San-Marino)