Hsiao Tabuyan (; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğluBu, tarixçi İbn əl-Əsirə əsasən belədir. Digər mənbələr bu iddia ilə bağlı razılaşmır. Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı.
Hakimiyyəti Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı.
Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi. 1150-ci ildə taxtdan çəkilmişdir.
Ölüm tarixi bəlli deyil.
İstinadlar
Kateqoriya:Qarakitaylar Kateqoriya:XII əsr hökmdarları Kateqoriya:Qadın hökmdarlar