Karlos Salinas de Qortari (; ) — Meksika siyasətçisi, 1 dekabr 1988-ci ildən 30 noyabr 1994-cü ilə qədər Meksika Prezidenti.

Həyatı Karlos Salinas 3 aprel 1948-ci ildə Mexikoda anadan olmuşdur. O, 1969-cu ildə Meksika Milli Muxtar Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. O, Harvard Con F. Kennedi Dövlət İdarəçilik İnstitutu və Harvard İncəsənət və Elmlər İnstitutunda 1973-cü ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi, 1976-cı ildə magistr dərəcəsi və 1978-ci ildə siyasi iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Meksikaya qayıtdıqdan sonra alma-materində professor olmuşdur. Tələbəlik illərindən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmasına baxmayaraq, Migel de la Madridin prezidentliyi dövründə 1982–1987-ci illərdə xidmət etdiyi Planlaşdırma və Büdcə Bürosunun katibi təyin olunana qədər rəsmi olaraq İPP təmsilçisi deyildi.Salinas' book, print edition: Carlos Salinas de Gortari, México, un paso difícil a la modernidad (Mexico, a difficult step into modern times) Plaza & Janés. — ISBN 84-01-01492-1.

6 iyul 1988-ci ildə keçirilən prezident seçkilərində 50,7 səs toplayaraq qalib gəlmişdir. Rəsmi nəticələrin açıqlanması etirazlara səbəb olmuşdur. O, prezidenliyi dövründə neoliberal islahatlar həyata keçirmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000.

Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997.

Oppenheimer, Andrés. Bordering on Chaos: Guerillas, Stockbrokers, Aoliticians, and Mexico's Road to Prosperity. Boston: Little, Brown and Co., 1996.

Serrano, Mónica and Victor Bulmer-Thomas, eds. Rebuilding the State: Mexico After Salinas. London: Institute of Latin American Studies, 1996.

Xarici keçidlər

Extended biography and presidential tenure by CIDOB Foundation Response of Manuel Bartlett to De la Madrid remarks.

Kateqoriya:Meksika prezidentləri