Fransisko İqnasio Madero Qonsales () və ya Fransisko İndalesio Madero Qonsales () — Meksika dövlət xadimi və siyasətçisi, Meksika inqilabı zamanı 6 noyabr 1911-ci ildən 19 fevral 1913-cü ilə qədər Meksika Prezidenti. O, liberal qanadın təmsilçisi olmuşdur.
Həyatı Fransisko İqnasio Madero Qonsales 30 oktyabr 1873-cü ildə Meksikanın Koauila ştatının Parras-de-la-Fuente şəhərində anadan olub. O, Porfirio Dias rejiminə qarşı çıxış etmiş və növbəti təkrar seçkilər ərəfəsində Diasın yenidən prezident seçilməsinin əleyhdarlarından bir partiya təşkil etmişdir. Madero daha sonra fitnə-fəsad törətmək ittihamı ilə həbs edilmişdir. O, San-Luis-Potosi həbsxanasından qaçaraq ABŞ-da gizlənmişdir. Madero burada 20 noyabr 1910-cu ildə başlanması planlaşdırılan silahlı üsyan planını hazırlamışdır. Məğlubiyyətin qaçılmaz olduğunu görən Dias Madero ilə danışıqlara girmək, təslim olma şərtlərini qəbul etmək məcburiyyətində qalmışdır.
1911-ci ilin mayında imzalanan müqaviləyə əsasən Dias istefa vermiş və Meksikanı tərk etmişdir. Ölkədə asayişi bərpa etmək və yeni prezident seçkilərini təşkil etmək vəzifəsi həvalə edilmiş xarici işlər naziri Fransisko Leon de Barra müvəqqəti prezident olmuşdur. Madero 11 noyabr 1911-ci ildə prezident seçilmişdir. 9 fevral 1913-cü ildə generallar Feliks Dias və Bernardo Reyes üsyan qalmışdır. Mexikoda baş tutan hərbi çevrilişdə ordunun baş komandanı general Viktoriano Uertanın qələbəsindən sonra Madero həbs edilmiş, lakin 22 fevral 1913-cü ildə həbsxanaya gedərkən öldürülmüşdür.
İstinadlar
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:HEC Paris məzunları Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Siyasi filosoflar