Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmışdır. Eyni zamanda üç dəfə "Nobel" sülh mükafatı laureatıdır. 1949-cu il Cenevrə konvensiyalarını, onun 1977-ci il (I Protokol, II Protokol) və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişlər. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var.

BQXK Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və 192 Milli Cəmiyyətlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı

Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:Nobel sülh mükafatı qazanan təşkilatlar Kateqoriya:İsveçrəli Nobel mükafatı laureatları Kateqoriya:Cenevrədə yerləşən təşkilatlar