Narkotiklərlə Mübarizə Agentliyi — Tacikistanın narkotiklərlə mübarizə xidməti. 1999-cu ildə təsis edilmişdir. Əfqanıstandan ölkə ərazisindən keçən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə kömək etmək üçün yaradılmışdır və Asiyada fəaliyyət göstərən ən fəal antinarkotik qurumlardan biridir.UN high official says Tajikistan is key to deter drug trafficking from Afghanistan » Breaking News | Wire Update News | News Wires
Tarixi Əfqanıstanın opiatlarının 20%-dən çoxunun Tacikistandan keçdiyi təxmin edilir. 2000–2011-ci illər arasında agentlik 11,000 kiloqramdan çox narkotik müsadirə etmişdir. Qurum İran, Qırğızıstan, Rusiya, Çin, Əfqanıstan və Özbəkistanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. 2004-cü ildə agentliyin rəhbəri Qafar Mirzəyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ömürlük həbs cəzasına məhkum edilmişdir. Onu general-leytenant Rüstəm Nəzərov əvəz etmişdir.
İstinadlar
Kateqoriya:Tacikistanın dövlət quruluşu