Frans Kornelis Adrianus van Anraat (; ) Niderland hərbi cinayətkarı və biznesmeni. O, Səddam Hüseynin hakimiyyəti dövründə İraqa kimyəvi silah istehsalı üçün xammal satmışdır. 2005-ci ilin dekabrında Haaqa məhkəməsi onu Səddam hökumətinə kimyəvi silah satmaqda iştirak etdiyinə görə müharibə cinayətlərində şərik olmaqda təqsirli bilmişdir. O, 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.Killing of Iraq Kurds 'genocide' BBC News, 23 December 2005 2007-ci ildə apelyasiya məhkəməsi van Anraatı daha 17 il müddətinə azadlıqdan məhrum etmişdir.

Van Anraat FTB-nin ən çox axtarılanlar siyahısında görünən yeganə hollanddır.

İraqda 1970-ci illərdə van Anraat İtaliya, İsveçrə və Sinqapurda yerləşən, İraqda kimyəvi zavodlar tikməklə məşğul olan mühəndislik şirkətlərində çalışmışdır. Kimyəvi maddə ticarəti ilə tanış olduqdan sonra İsveçrənin Bissone|Bissone kommunasında özünün "FCA Contractor" şirkətini təsis etmişdir. O, 1984-cü ildən başlayaraq İraqa minlərlə ton kimyəvi maddələr, o cümlədən Iprit|iprit və Sinir-iflicedici zəhərləyici maddələr|sinir-iflicedici zəhərləyici maddələrin istehsalı üçün zəruri xammal satmışdır.

İstinadlar

Xarici keçidlər

Trial Watch: Frans Van Anraat

Kateqoriya:Niderland cinayətkarları Kateqoriya:Niderland iş adamları