Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər.
Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.
Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan əşyalara toxunaraq ağız, burun və ya gözlərə toxunmaqla yayılır. Yoluxmuş yaralara toxunmaqla birbaşa yayıla bilər. A qrupu streptokok ilə yoluxmuş dəri ilə təmasda da yayıla bilər. Bəzi insanlar simptomlar olmadan bakteriya daşıyıcısı ola bilər.
Qarşısının alınması əlləri tez-tez yumaq və yemək qablarını paylaşmamaqdır. Xəstəliyə qarşı peyvənd yoxdur.
Antibiotiklərlə müalicə yalnız diaqnozu təsdiqlənmiş xəstələrə tövsiyə olunur.
İnfeksiyaya yoluxmuş şəxslər qızdırma yox olana qədər və müalicəyə başladıqdan sonra ən azı 12 saat başqa insanlardan uzaq durmalıdırlar. Ağrı parasetamol (asetaminofen) və ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP) ilə müalicə olunur.
Streptokokk angina uşaqlarda ümumi bakterial infeksiyadır. Uşaqlar arasında tonzillitin (angina) 15-40%-nin və böyüklər arasında 5-15%-nin səbəbidir.
Xəstəliyə daha çox qışın sonu və yazın əvvəlində rast gəlinir. Potensial ağırlaşmalara revmatik qızdırma və peritonsilyar abses daxildir. Simptomları
Streptokokk faringitin tipik əlamətləri və simptomları boğaz ağrısı, 38 °C-dən (100 °F) yüksək temperatur, badamcıqlarda irin və boyunda böyük limfa düyünləridir. Digər simptomlara aşağıdakılar daxildir: baş ağrısı, ürəkbulanma və qusma, qarın ağrısı, əzələ ağrısı və ya skarlatinformalı döküntülərdir.
Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.
Səbəbləri
Streptokokk anginaya β-hemolitik A qrup streptokok (GAS və ya S. pyogenes) səbəb olur. İnsanlar A qrupu streptokokkların əsas təbii daşıyıcısıdır. https://www.cdc.gov/groupastrep/diseases-hcp/strep-throat.html|url-status=live|archive-url=https://web.archive.org/web/20201027072216/https://www.cdc.gov/groupastrep/diseases-hcp/strep-throat.html|archive-date=2020-10-27|access-date=2020-10-27|website= A qrupu olmayan β-hemolitik streptokoklar və fusobakteria kimi tanınan digər bakteriyalar da faringitə səbəb ola bilər.
Yoluxmuş şəxslə birbaşa və ya yaxın təmasda yayılır, ona görə orduda və məktəblərdə rast gəlindiyi kimi sıxlıq, ötürülmə sürətini artırır. Tozda olan quru bakteriyalar yoluxucu deyil, baxmayaraq ki, diş fırçaları və ya oxşar əşyalar üzərində nəmli bakteriyalar 15 günə qədər qala bilər.
Natəmiz qida epidemiyalara səbəb ola bilər. Diaqnozu + Dəyişdirilmiş mərkəzi hesabXalStreptokok ehtimalıİdarəetmə 1 və ya daha az <10%Antibiotiklərə və ya əkməyə ehtiyac yoxdur 2 11–17%Əkmə və ya RADT əsasında antibiotik 3 28–35% 4 or 5 52%Empirik antibiotiklər Diaqnozu qoymağa kömək etmək üçün bir sıra qiymətləndirmə sistemi mövcuddur; lakin onların istifadəsi qeyri-dəqiqlik səbəbindən mübahisəlidir. Dəyişdirilmiş Zentor meyarları beş kriteriyadan ibarətdir və yekun bal streptokokk infeksiyası ehtimalını göstərir.
Kriteriyaların hər biri üçün 1 xal verilir:
Öskürəyin olmaması Şişmiş və həssas boyun limfa düyünləri Temperatur >38.0 °C (100.4 °F) Ekssudat və ya badamcıqların şişməsi Yaş 15-dən az
1 bal heç bir müalicəyə, əkməyə ehtiyac olmadığını və ya başqa yüksək risk faktorları, məsələn, xəstəliyə yoluxmuş ailə üzvü varsa əlavə testlərə ehtiyac olduğunu göstərə bilər.
Amerika Yoluxucu Xəstəliklər Cəmiyyəti müntəzəm antibiotik müalicəsini tövsiyə etmir və antibiotikləri yalnız müsbət testdən sonra verildikdə məqsədəuyğun hesab edir.
Üç yaşdan kiçik uşaqlarda müayinə tələb olunmur, çünki A qrupu streptokokk və revmatik qızdırma nadir hallarda rast gəlinir (əgər uşağın ailə üzvlərində bu xəstəlik yoxdursa). Laboratoriya testləri
Boğazdan götürülmüş əkmə 90-95% həssaslıqla streptokokk faringitin diaqnostikasında qızıl standartdır. Streptokokku müaynə etmək üçün sürətli testdən də istifadə etmək olar. Sürətli test tez olsa da, boğaz əkini ilə demək olar ki, eyni spesifikliyə (98%) malikdir.
Revmatik qızdırmanın nadir olduğu bölgələrdə xəstəliyi istisna etmək üçün streptokokk üçün mənfi sürətli test kifayətdir. Yetkinlərdə mənfi RADT nəticələri diaqnozu istisna etmək üçün kifayətdir. Ancaq uşaqlarda nəticəni təsdiqləmək üçün boğazdan götürülmüş əkin tövsiyə olunur.
Əhalinin müəyyən bir faizi hər hansı bir zərərli nəticə vermədən boğazda streptokokk bakteriyalarını daim "daşıyır". Diferensial diaqnozu
Streptokokk faringitin simptomları digər xəstəliklərlə üst-üstə düşdüyündən klinik diaqnoz qoymaq çətin ola bilər. Qızdırma və boğaz ağrısı ilə yanaşı öskürək, burun axıntısı, ishal və qızarmış, qıcıqlanmış gözlər streptokokk faringitdən daha çox viruslu anginanı xatırlayır. Boğaz ağrısı, qızdırma və badamcıqların böyüməsi ilə birlikdə limfa düyünlərinin açıq şəkildə şişməsi yoluxucu mononükleoz ilə müşahidə edilə bilər. Qarşısının alınması
Tonsillektomiya tez-tez boğaz infeksiyası olan xəstələr üçün (ildə üç dəfədən çox) profilaktik tədbir ola bilər. Lakin faydası azdır və görülən tədbirlərdən asılı olmayaraq, epizodların sayı zamanla azalır. A qrupu streptokokkları üçün müsbət testi olan faringitin təkrarlanan epizodları da xroniki daşıma və təkrarlanan virus infeksiyaları ilə əlaqələndirilə bilər. Müalicəyə məruz qalmış, lakin simptomları olmayan insanlar üçün tövsiyə edilmir. Daşıyıcı olan insanların müalicəsi tövsiyə edilmir, çünki yayılma və ağırlaşma riski azdır. Müalicəsi
Müalicə olunmayan streptokokk faringit adətən bir neçə gün ərzində yox olur. Antibiotiklərlə müalicə kəskin xəstəliyin müddətini təxminən 16 saat qısaldır. Antibiotik müalicəsinin əsas səbəbləri kəskin revmatik qızdırma, titrəmə və retrofaringeal abses kimi ağırlaşmaların riskini azaldır.
Antibiotikləri xəstəliyin simptomları başlayan kimi 9 gün ərzində qəbul edildikdə kəskin revmatik qızdırmanın qarşısı alınır. Revmatik qızdırma xroniki revmatik ürək xəstəliyinə keçə bilən otoimmün xəstəlikdir. Ağrı kəsicilər
Qeyri-steroid antiinflamatuar preparatlar və parasetamol (asetaminofen) kimi ağrı kəsici dərmanlar boğaz ağrısı ilə əlaqəli ağrıların müalicəsinə kömək edir. Lidokain də faydalı ola bilər.
Steroidlər ağrıya kömək edə bilsə də, onlar müntəzəm olaraq tövsiyə olunmur. Aspirin yetkin insanlar üçün istifadə edilə bilər, lakin Reye sindromu riski səbəbindən uşaqlara tövsiyə edilmir. Antibiotiklər
ABŞ-da streptokokk faringitin müalicəsi üçün seçilən antibiotik penisillin V-dir — təhlükəsizlik, qiymət və effektivliyinə görə. Avropada amoksisillin üstünlük təşkil edir. Revmatik qızdırma riskinin daha yüksək olduğu Hindistanda əzələdaxili benzatin-penisilin G əsas dərman kimi istifadə olunur.
Müvafiq antibiotiklər xəstəliyin simptomlarını və yoluxuculuğunu orta hesabla 3-5 günlük müddətini təxminən 1 günə qədər azaldır. Onlar ilk növbədə revmatizm və peritonsilyar abses kimi nadir ağırlaşmaları azaltmaq üçün təyin edilir. Antibiotik müalicəsi üçün arqumentlər mümkün yan təsirləri nəzərə alınmaqla tarazlaşdırılmalıdır, və antimikrobiyal müalicənin dərmana mənfi reaksiyaları olan və ya ağırlaşma riski az olan sağlam yetkin insanlara təyin edilməsi məqsədəuyğundur. Faringit üçün antibiotiklər onun yayılmasına görə gözləniləndən daha tez-tez təyin edilir.
Eritromisin və digər makrolidlər və ya klindamisin penisillinə qarşı şiddətli allergiyası olan insanlar üçün tövsiyə olunur. Birinci nəsil sefalosporinlər daha zəif allergiyası olan insanlar üçün istifadə edilə bilər. Bəzi sübutlar sefalosporinlərin penisillindən üstün olduğunu göstərir. Bu son nəsil antibiotiklər revmatik ürək xəstəliyinin aşağı nisbətləri olan bölgələrdə istifadə edildikdə standart 10 günlük penisillinlə müalicəylə müqayisədə 3-7 gün ərzində qəbul edildikdə oxşar təsir göstərir. Proqnozu
Boğaz ağrısı simptomları adətən müalicədən asılı olmayaraq 3-5 gün ərzində yaxşılaşır. Antibiotik müalicəsi fəsadların və infeksiyanın ötürülmə riskini azaldır, uşaqlar antibiotik qəbulundan 24 saat sonra məktəbə gedə bilərlər. Yetkin insanlarda ağırlaşma riski azdır. Uşaqlarda kəskin revmatik qızdırma əksər inkişaf etmiş ölkələrdə nadir hallarda baş verir. Lakin bu Hindistanda, Afrikada və Avstraliyanın bəzi bölgələrində qazanılmış ürək xəstəliklərinin əsas səbəbidir.
Streptokokk boğaz infeksiyasının ağırlaşmalarına aşağıdakılar daxildir:
Kəskin revmatik qızdırma, Skarlatin, Yoluxucu-toksik şok, Kəskin qlomerulonefrit, PANDAS sindromu, Peritonsiller absesi, Boyun limfadenopatiyası, Mastoidit. Epidemiologiyası
Hər il ABŞ-da 11 milyon insana streptokokk faringiti əhatə edən daha geniş xəstəliklər kateqoriyası olan faringit diaqnozu qoyulur. Uşaqlarda tonzillitin (boğaz ağrısı) 15-40%-nin, böyüklərdə isə 5-15%-nin səbəbidir. Xəstəlik adətən qışın sonunda - yazın əvvəlində geniş yayılır.
Həmçinin bax A qrupu streptokok infeksiyası
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə xəstəliklər İstinadlar
Kateqoriya:Qırtlaq xəstəlikləri Kateqoriya:Streptokok infeksiyaları Kateqoriya:İnsan boğazı