– Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur.

Həyatı və karyerası Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.

Asada təqvim araşdırmalarındakı uğurlarına görə tanınmış, öz təqvim sistemini yaratmışdır. Yoşitoki Takahaşi, Şiqetomi Hazama və Taçu Nişimura kimi alimlər onun şagirdləri olmuş, Sencinkan akademiyasını yaratmışdırlar. 1795-ci ildə Tokuqava şoqunluğu onu Horyaku təqviminin islahatı layihəsinə dəvət etmiş, lakin səhhətindəki problemlərə görə təklifi rədd etmişdir. Bunun əvəzində Takahaşi və Hazamanı tövsiyə etmişdir. Onlar Edoya gedərək Asadanın yerini tutmuşdurlar. Asada məktəbinin işi nəticəsində 1798-ci ildə Kansey təqvimi islahatı baş tutmuşdur. Bu, Yaponiyada Qərb konsepsiyalarına əsaslanan ilk təqvim islahatı olmuşdur. Çox içməkdən qaynaqlanan sağlamlıq problemlərinə görə 1799-cu ildə ölmüşdür.

Elmi töhfələri Asada Yaponiya astronomiyasında bir çox ilkə imza atmışdır. O, günəş ləkələrini müşahidə edərək Günəşin fırlanmasını ölçən ilk yapon astronom olmuşdur. O, tropik i haqqında Şo-Ço qanununu, eləcə də, Keplerin üçüncü qanununu müstəqil şəkildə kəşf etmişdir.

Asada rasional və empirik metodlardan istifadə etməyə üstünlük vermişdir. Onun araşdırmaları Kiotoda yaşayan bürokratik Tsuçimikado ailəsinin astronomları ilə ziddiyyət təşkil edirdi. Asada məktəbi Qərb modellərini öyrənmiş, ənənəvi Çin cihazlarını müasir ləvazimatlarla əvəz etmişdir. Asada şagirdlərini sistematik müşahidələr aparmağa təşviq etmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya astronomları Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Edo dövrü şəxsləri