Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (; ) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir.

Həyatı Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.Evers, "Auguste Viktoria" (3 изд., 1897). Avqusta Viktoriya 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir.

Avqusta Vilhelmin nəzərində qadın idealına çevrilmişdir. Vilhelmə görə, bütün alman qadınları imperatriçanın yolu ilə getməli və bütün həyatlarını kilsəyə, uşaqlara və mətbəxə həsr etməli idi. Vilhelm 1918-ci ildə əri taxtdan imtina etdikdən sonra onunla birlikdə Niderlanda köçmüşdür.

İstinadlar

Kateqoriya:II Vilhelm