Bəhmən Reyhani ( , ; ) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir.

Erkən illəri Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir. Bundan əvvəl o, həmçinin Kirmanşah ostanında Bəsic bölgə komandiri vəzifəsində çalışmışdır.

2019-cu ilin mart ayında İran İslam Respublikasının Ali Baş Komandanı Əli Xamenei Bəhmən Rəyhaniyə briqada generalı rütbəsi vermişdir.

Sanksiyalar İnsan hüquqlarının pozulması, o cümlədən İran İslam Respublikası məhkəmələrinin hökmü ilə ümummilli etirazlarda həbs olunan iki gəncin edam edilməsi səbəbiylə 21 dekabr 2022-ci ildə Reyhani, digər 19 fiziki şəxs və İran İslam Respublikası Yayım Təşkilatı Avropa İttifaqının sanksiya siyahısına əlavə edilmişdir.

İstinadlar

Kateqoriya:İran hərbçiləri Kateqoriya:İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri Kateqoriya:İran kürdləri Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları