thumb|Regionun xəritəsi.
Leqlər, leklər və ya lakzlar () — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir ləzgilərin əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik,yunan və gürcü mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.
Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər".К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н. э.- VII в. н. э. — Академия Наук СССР, 1959
Toponimlər İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar.
Mənbə İstinadlar
Ədəbiyyat Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им. Г. Цадасы, 1967. — 370 с.
Əlavə ədəbiyyat
Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Leq çarlığı Kateqoriya:Ləzgilər Kateqoriya:Skiflər