Azərbaycan SSR əməkdar sənaye işçisi () — Azərbaycan SSR-də sənaye sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.

Fəxri ad müəssisələrin, birliklərin, elmi-tədqiqat və layihə institutlarının, konstruktor büroları və laboratoriyalarının fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə sənayenin müvafiq sahələrində azı 15 il işlədikdə verilirdi.

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar sənaye işçisi" adı ilə verilmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi Azərbaycan SSR əməkdar meşə təsərrüfatı işçisi Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları