thumb|Lockroy limanına öz yüklərini boşaldan Tabarin əməliyyatı iştirakçıları (1044). |alt=

İkinci Dünya müharibəsi zamanı mövcud olan beynəlxalq dövlətlərarası rəqabət genişləyərək Antarktidaya da çatmış, lakin bölgə müharibələrə şahidlik etməmişdi. Müharibənin başlamasına az qaldığı ərəfələrdə, Nasist Almaniyası 1938-ci ildə Üçüncü Alman Antarktida ekspedisiyasını başlatmışdı. Almanlarınm məqsədi Norveçin Kraliça Mod Torpağına iddiasının qarşısını almaq idi. Ekspedisiya yeni alman iddiası üçün əsas rolunu oynadı və Yeni Şvabiya adlandırıldı. Bir il sonra Amerika Birləşmiş Ştatlarının Antarktika Xidməti Ekspedisiyası iki bazanın əsasını qoydu və bura tərk edilməmişdən əvvəl iki il fəaliyyət göstərdi. Bütün bu baş verənlərdən və Avropada müharibənin yaratdığı qarışıqlıqlardan yararlanmaq istəyən, bölgəyə yaxın dövlətlər olan Çili və Argentina da öz iddialarını səsləndirməyə başladılar. 1940-cı ildə Çili artıq Böyük Britaniya tərəfindən iddia edilən bölgənin Çili Antarktik Bölgəsi olduğunu elan etdi. 1943-cü ildə eyni ərazi Argentina tərəfindən Argentina Antarktikası adı ilə elan edildi.

Almaniya, Çili, Argentina və ABŞ-nin bu fəaliyyətlərindən sonra Böyük Britaniya 1943-cü ildə Tabarin əməliyyatını başlatdı. Əməliyyatın məqsədi bölgədə daimi mövcudiyyət formalaşdırmaq, Folkland Adaları Asılılığını möhkəmləndirmək, həmçinin uzaq adalardan öz məqsədləri üçün istifadə etdiyi məlum olan alman hərbi dəniz qüvvələri - Kriqsmarine gəmilərinin rahatlığına əngəl olmaq idi. Həmçinin Böyük Britaniya tərəfində Folklend adalarının yaponlar tərəfindən ələ keçirilməsi qorxusu da var idi. Ekspedisiyanın başladaraq leytenant Ceyms Marr 29 yanvar 1944-cü ildə Folkland adalarından yola çıxdı. Desepşen adasında, Qreyam Torpağı adasında və Ümid sahilində bazalar formalaşdırıldı. Tabarin əməliyyatı ilə başlayan tədqiqatlar sonrakı illərdə də davam etdi və nəticədə Britaniya Antarktika Tədqiqatına çevrildi.

Müharibədən sonrakı dövrdə də Antarktida uğrunda mübarizə davam etdi və bu dəfə yarışa ABŞ-la Sovet İttifaqı da qatıldı. 1950-ci illərin sonlarında bu yarışma Antarktika haqqında konvensiya və Beynəlxalq Geofizika İli layihəsi ilə ğz yerini Antarktida barədə beynəlxalq əməkdaşlıq çərçivəsinə çevrildi. Üçüncü Alman Antarktika ekspedisiyası və Yeni Şvabiya (1938-1939) Bir çox digər ölkələr kimi Almaniya da XIX əsrin sonları və XX əsrin əvvəllərində Antarktikaya elmi ekspedisiyalar göndərmişdi. XIX əsrin sonlarında Kergelen adası, Kroze adaları, Cənubi Georgiya və Cənub okeanını araşdırmaq üçün göndərilmiş ekspedisiyalarda astronimiki, meteoroloji və hidroloji araşdırmalar aparılmışdı. Bu ekspedisiyaların çoxu digər ölkələrdən olan alim heyətləri ilə əməkdaşlıq əsasında həyata keçirilmişdi. XIX əsrdən sonra da Almaniyanın Antarktika marağı davam etdi.

Bölgəyə XX əsrdə edilən ilk alman ekspedisiyası 1901-1903-cü illəri əhatə edən Gauss ekspedisiyası idi. Arktik ekspedisiyalar veteranı və geologiya professoru olan Erix fon Dryqalski tərəfindən rəhbərlik edilən ekspedisiya Antarktikada ilk dəfə isti hava balonlarından istifadə edilməsi ilə əlamətdardır. Bu ekspedisiya əsasında yeni bölgə kəşf edilmiş və Kayser II Vilhelm Torpağı deyə adlandırılmışdır. İkinci alman ekspedisiyası 1911-1912-ci illərdə oldu və bu ekspedisiyaya Vilhelm Filçner tərəfindən rəhbərlik edildi. Ekspedisiyanın hədəfi Antarktikanı keçmək və orada torpaq parçasının olub-olmamasını öyrənmək idi. Bundan əvvəl də həyata keçirilmiş belə cəhdlər kimi bu cəhd də uğursuz oldu. Bu ekspedisiya sayəsində Luitpold sahili və Filçner Buz Şelfi kəşf edildi. Alman balina ovlama donanmasının 1937-ci ildə bölgəyə gəlməsindən və 1938-ci ildə uğurla geri dönməsindən sonra Nasist Almaniyası bölgəyə üçüncü alman ekspedisiyasını həyata keçirmək planlarını qurmağa başladı.

thumb|The MS Schwabenland gəmisi, təxminən 1938-ci il. Yeni Şvabiya Norveçin iddia etdiyi Kraliça Mod Torpağı bölgəsində yerləşən məntəqə idi və Nasist Almaniyası buraya iddia edirdi. Bura 1939-cu ildə Üçüncü Alman Antarktika ekspedisiyasının gəmisi olan MS Schwabenlandin heyəti tərəfindən tədqiq edildi. Bu gəmi 17 dekabr 1938-ci ildə Almaniyadan gizli şəkildə çıxmış və bölgəyə üzməyə başlamışdı. Onun məqsədi yeni yaradılmış alman balina ovu donanması üçün bölgədə mərkəz rolunu oynayacaq limanın əsasını qoymaq idi. Bu Hitlerin planı idi. Bu planla Hitler balina ovundan yağ istehsal etmək üçün xammal əldə etmək və beləliklə də, yağ əldə etmək üçün lazım olan xammal məsələsində Norveçdən asılılığa son qoymaq istəyirdi. Ekspedisiyaya əvvəllər qütblərə yönələn ekspedisiyalarda iştirak etmiş kapitan Alfred Ritsxer rəhbərlik edirdi. Gəmi 19 yanvar 1939-cu ildə Şahzadə Marta Sahilinə çatdı və heyət tez bir zamanda burada müvəqqəti baza inşa etdi. Onlar sahilə alman bayraqları yerləşdirdikdən sonra önəmli rezervlərin olduğu iddia edilən bölgələri araşdırmağa başladılar. MS Schwabenland gəmisinə iki həm üzmə, həm də uçma funksiyalarını özündə birləşdirən iki ədəd Dornier Do J Wal təyyarələri yerləşdirilmişdi. Bu təyyarələr Yeni Şvabiya adlandırılan bölgədə uçuşlar edərək bölgədən çəkilmiş 16.000 hava fotoşəkili ilə on beş ümumi fotoqrafik tədqiqat həyata keçirdilər. Bunlar həyata keçirildikdən sonra 6 fevral 1939-cu ildə ekspedisiy iştirakçıları qitəni tərk etdilər və 11 aprel 1939-cu ildə Hamburqa çatdılar. Nasist Almaniyası heç vaxt Antarktidada hər hansı bir daimi yaşayış məskəni yaratmadı, əsaslı torpaq iddiası irəli sürmədi və İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra 1945-ci ildə Yeni Şvabiya ərazisinə iddiasını itirdi. thumb|Yeni Şvabiya (Neuschwabenland) ərazisinin almanlar tərəfindən hazırlanmış xəritəsi (1941). )

Ekspedisiya geri qayıdan zaman Buve adası və Fernandu-di-Noronya adalarında okeanik araşdırmalar apardıqdan sonra Hamburqa çatmışdı. Bu ekspedisiyadan Norveç hökuməti Kraliça Mod Torpağı ətrafında balina ovlayan balıqçılar vasitəsiylə xəbər tutmuşdu. Norveç yazıçısı Bjarne Aagard və alman coğrafiyaçısı Ernst Herrmann kimi şəxslərin Almaniyanın heç bir zaman bölgəni işğal etmədiyini bildirmələrinə baxmayaraq, üzə çıxan sənədlərdən bəlli olur ki, alman dövləti ekspedisiyanın geri dönməsindən sonra Alman Antarktik Sektorunun yaradılması barədə dekret vermişdir.

Bu bölgənin ilk dəfə bu alman ekspedisiya nəticəsində araşdırılmasına görə Yeni Şvabiya və ya Neuschwabenland adı hələ də istifadə edilir. Bu ekspedisiya zamanı bölgədəki bir çox coğrafi özəlliklərə almanca adlarverilmişdir və bu adlar müasir xəritələrdə də istifadə edilməkdədir. Bəzi coğrafi özəlliklər ekspedisiya rəhbərliyinin hazırladığı xəritədə göstərilsə də, adlandırılmamışdır. Bu yerlərin adlandırılması 1949-1952-ci illəri əhatə edən Norveç-Britaniya-İsveç Artarktika ekspedisiyası həyata keçirildi. Bu eskpedisiyaya John Schjelderup Giæver rəhbərlik edirdi. Adlandırılması həyata keçirilməyənlər isə 1958-1959-cu illərdə həyata keçirilmiş Norveç Antarktik ekspedisiyası zamanı adlandırıldı.

Amerika Birləşmiş Ştatlarının Antarktika Xidməti Ekspedisiyası (1939–1941) thumb|1939-1941-ci illəri əhatə edən və Riçard E. Byrd tərəfindən rəhbərlik edilən amerikan ekspedisiyasının Bear of Oakland gəmisində daşınan heyətinin siyahısı. Bu ekspedisiya 1838-1842-ci illərdə təşkil edilmiş ABŞ Araşdırma Ekspedisiyasından sonra ilk dövlət tərəfindən maliyyələdirilən və Antarktika qitəsini araşdırmağı məqsədləyən ekspedisiya idi. Bu ekspedisiyanın rəhbəri məşhur qütb araşdırmaçısı Riçard E. Byrd idi və o, bu ekspedisiyaya görə, böyük məşhurluq qazanmışdı. Üçüncü Alman Antarktika ekspedisiyası (1938-1939) ABŞ dövlət rəhbərliyində təcili Antarktidada daimi baza yaratma hissi formalaşdırmışdı. ABŞ prezidenti Franklin Delano Ruzvelt tərəfindən işə cəlb edilən Riçard E. Byrd əvvəlcə özünün planladığı və şəxsi olaraq maliyyələşdirməyi istədiyi ekspedisiya üçün lazım olan bütün alətlərlə təmin edildi. Ekspedisiya tələskinliklə planlanmışdı və Riçarda hazırlaşmaq üçün yalnız 4 ay zaman verilmişdi. Ekspedisiya 1939-cu ilin sonlarında başladı və 125 nəfərdən ibarət olan heyət USS Bear və USMS North Star gəmiləri ilə qitəyə doğru üzməyə başladılar. Ruzveltin verdiyi əmrə əsasən ekspedisiyanın məqsədi iki baza yaratmaq idi. Bu bazalardan Qərb bazası adlananı yerləşəni Kral VII Edvard Torpağı yaxınlığında, Şərq bazası adlananı isə Çarkot adası yaxınlığında inşa edilməli idi. Həmçinin ekspedisiya üzvlərinə Heard adasının, habelə Meri Berd Torpağı və James W. Ellsworth bölgələrini 72 və 148 dərəcələri meridianlar üzrə yerləşən sahil xəttinin özəlliklərini araşdırmaq tapşırılmışdı. Ekspedisiya üzvləri tapşırıq üzrə verilən bazaları tikməyi bacardılar və şərqdə yerləşən baza daha sonra Ronne Antraktik Araşdırma ekspedisiyası zamanı da istifadə edildi.

Ekspedisiya üzvləri üçün yeni dizayn edilmiş və Antarktika buzlarına ilişmə ehtimalını artıran Atrantika Qar Kreyseri verilmişdi. Bu problemə görə, onu daim təmir etmək və ya ehtiyat hissələrini dəyişdirmə ehtiyyacı mövcud idi. Bu səbəblə də, ekspedisiya üzvləri bölgəni tərk edərkən bu texnikanı özləri götürməyib, bölgədə buraxdılar. Bu texnika illər sonra Highjump əməliyyatı zamanı və bir daha 1958-ci ildə tapıldı. İndi bu texnikanın ya dənizdə batdığı, ya da qar və ya buz dağlarının altında batdığı təxmin edilir. Riçard Blackin və Paul Siplenin də dail olduğu ekspedisiya üzvləri bölgəni ətraflı araşdırmaq üçün müxtəlif təcrübələr həyata keçirdilər və bölgədə mövcud olan müxtəlif bitkilərdən nümunələr əldə etdilər. Ekspedisiya nəticəsində qütb elmi daha yaxşı anlaşıldı.

Beynəlxalq gərginliyin artması ilə indiki heyəti bazalarda fəaliyyəti davam etdirmək üçün yeni adamlarla azad etməkdənsə, iki bazanın boşaldılması daha uyğun qərar hesab edildi. İkinci Dünya müharibəsi başladıqdan sonra ABŞ rəhbərliyi bu iki bazanı tərk etmək qərarına gəldi. Qərbdəki baza 1 fevral 1941-ci ildə, şərqdə yerləşən baza isə 22 mart 1941-ci ildə evakuasiya edildi. Müvafiq olaraq USMS North Star və Bear of Oakland gəmiləri 5 may 1941-ci il və 18 may 1941-ci ildə öz ölkələrinə gedib çatdılar. Ümid olunurdu ki, bir gün bu baza yenidən işlədiləcəkdir, ona görə də, qərbdəki baza boşaldılan zaman bir çox texnika və vəsait burada saxlanıldı.

1945-ci ilin 24 sentyabrında ABŞ Konqresinin verdiyi qərara əsasən (İctimai qanun 79-185), hərbi dəniz donanması komandanlığının uyğun görəcəyi həcmdə qızıl, gümüş və bürünc medallar hazırlanmalı və bu ekspedisiyanın üzvlərinə təqdim edilməli idi. Konqres qərarında bu medalların təqdim edilməsi ilə onların elm və qütb araşdırmaları sahəsindəki böyük xidmətlərinin qiymətləndirilməsi istəyinin yatması bildirilirdi.

Alman Sakit Okeanı Ticarət Basqınçıları (1940-1943) İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyası hərbi dəniz qüvvələri ilə yanaşı köməkçi donanma da təşkil etmişdi. Köməkçi Ticarət Kreyserləri adlanan bu donanmanın tapşırığı Sakit okean boyunca üzmək və düşmən ölkələrin ticarət donanmalarına hücumlar təşkil etmək və ya onları ələ keçirmək idi. Almanlar bu donanmaya 9 gəmi daxil etmişdilər. Əvvəllər ticarət gəmisi kimi istifadə edilmiş bu gəmilər 5.9 düyümlük silahlar və torpedolarla təchiz edilməklə basqın edə bilmə funksiyasına sahib olmuşdular. Tez-tez bu gəmilər öz basqınlarını rahat təşkil edə bilmək üçün tərəfsiz ölkələrin gəmiləri kimi maskalanırdılar.

Gəmilər əsasən Asiya yaxınlığındakı isti sularda vaxt keçirsələr də, bir çoxları daha soyuq sulara da girirdi. Məsələn Atlantis gəmisi 1940-ci ilin dekabrında Kergelen adalarında durmuş, geridə qalan müddət ərzində isə su və ərzaqla təmin edilmişdir. Gəmi Milad bayramı ərəfəsində meydana gəlmiş qəza zamanı Bernhard Herrmannı itirməklə özünün də ilk itkisini yaşamış oldu. Bu basqınçı gəmilərin çoxu adalardan öz maskalarını dəyişdirmək və yanacaq doldurmaq üçün dayanacaq yeri kimi istifadə edirdilər. Pinguin kreyseri 1941-ci ilin 14 yanvarında Cənubi Georgiya və Cənubi Sandviç adaları yaxınlığında Norveç balıqçı donanmasını ələ keçirmişdi.

Sakit okeandakı alman mövcudiyyəti 1940-cı illərin ortalarında sonuncu gəminin ələ keçirilməsindən sonra zəiflədi.

Argentinanın ekspedisiyaları (1942 and 1943)