Hüseyn Məmmədov (d. 02 iyun 1974, Şərur rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru.

Həyatı Hüseyn Mikayıl oğlu Məmmədov 02 iyun 1974-cü ildə Azərbaycanın Şərur rayonunda dünyaya göz açmışdır. Ailəlidir. Üç övladı var.

Təhsili 1996-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olmuşdur.

1996–1999-cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının aspiranturasında təhsil alıb. 2000-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2017-ci ildə isə fizika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir.

2020-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professorudur.

Elmi və pedaqoji fəaliyyəti 2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının assistenti, 2006–2016-cı illərdə həmin kafedranın dosenti, 2016–2019-cu illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 2019–2020-ci illərdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

2020-ci ildən Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektorudur.

Hüseyn Məmmədov dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. O, 150-dən çox elmi məqalənin, 3 kitabın müəllifidir və elmi rəhbər kimi, indiyədək 6 fəlsəfə doktoru dissertasiya işinin ərsəyə gəlməsində əməyi olmuşdur.

İstinadlar Kateqoriya:Şərurda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər