Fuad Vahid oğlu Nəcəfli () — Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (2022–2025).
Həyatı Fuad Vahid oğlu Nəcəfli 1975-ci ildə Naxçıvan MSSR Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" sığorta şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 12 noyabr 2025-ci ildə bu vəzifədən azad edilmişdir.
İstinadlar
Kateqoriya:Paşa Holdinqin işçiləri