𐔰 (səslənməsi: ; transkripsiyası: A, a) — Alban əlifbasının birinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Alt) kimi verilmişdir.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Formaca erməni əlifbasındakı Զ hərfi ilə bənzəşir. Gürcü dilçi Roman LoluaRoman Lolua — Месроп Маштоц и вопросы генезиса еркатагира и кавказско-албанского письма (Mesrop Maştotsun Erkatagiri və Qafqaz-Alban yazısının yaradılışı sualları), Albania Caucasica , 1, Moskva, səh. 189–217, və erməni tədqiqatçı Aşot AbramyanınAşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 27–28 fikrincə Asomtavruli yazısındakı Ⴀ hərfinin invers formasıdır. Alban əlifbasında [a] səsinin qarşılığı kimi işlənilib. left|thumb|Albanca 𐕌𐔰𐕎𐔰𐕚 (Manas) yazılı məişət qabı qalığı Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐔰𐕐ašişaş (iş)𐔰𐔺𐔵ayzdünyaayiz (kənd)𐔰𐕊𐔰𐕌ač̣amyuxaac'am (xam yuxa)
İstinadlar
Kateqoriya:Alban əlifbası