– Yaponiya bürokratı, Çoşu beşliyinin üzvü. O, "müasir Yaponiya sikkəçiliyinin atası" hesab olunur.
Həyatı Endo Kinsuke 1836-cı ildə Çoşu hanında doğulmuşdur. 1863-cü ildə təhsil almaq məqsədilə İngiltərəyə göndərilmiş Çoşu beşliyinin tələbəsi olmuşdur. O, London Universitet Kollecində kimya, geologiya, mineralogiya təhsili almışdır. 1866-cı ildə Yaponiyaya qayıtmışdır. Meyci islahatından sonra 1870–1893-cü illərdə Yaponiya Sikkəçilik Bürosunda işləmişdir. 1874-cü ildə Sikkəçilik Bürosu yeni texnikalardan istifadə etmək üçün əcnəbilərlə razılaşanda Endo bürodan ayrılmışdır. Lakin büro 1875-ci ilin yanvarında doqquz əcnəbini işdən çıxardıqdan sonra qayıtmışdır. 1881-ci ildə Osaka Sikkəçilik Bürosunun direktoru olmuş, əcnəbi mütəxəssislərin köməyi olmadan Qərb üslubunda olan yapon sikkələrinin kəsilməsinə nail olmuşdur.
1883-cü ildə Osaka Sikkəçilik Bürosunun ərazisindəki sakura ağaclarının ictimaiyyət üçün əlçatan olmasını təklif etmişdir. Bu yer daha sonra Osakanın əsas hanami yerlərindən birinə çevrilmişdir. 1886-cı ildə Britaniya admiralı Corc Kinq Yaponiyanı ziyarət edəndə Endo onun üçün tərcüməçilik etmişdir.
Xatirəsi 1993-cü ildə London Universitet Kollecində Çoşu beşliyi üçün quraşdırılmış xatirə lövhəsində Endo Kinsukenin də adı var.
Qeydlər
İstinadlar
Kateqoriya:Samuraylar Kateqoriya:Meyci dövrü şəxsləri