Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta () ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir.

Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir.

2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .

Təchizat

+Hal-hazırda istifadə olunan Gələcək üçün sifariş verilmiş Boeing B717-20091 -Boeing B737-70010 -Boeing B737-80077 -Boeing B737-900ER8941Boeing B747-4007 -Boeing B757-200yüz -Boeing B757-30016 -Boeing B767-3002 -Boeing B767-300ER57 -Boeing B767-400ER21 -Boeing B777-200ER10 -Boeing B777-200LR10 -Airbus A319-10057 -Airbus A320-20062 -Airbus A321-2003389Airbus A321neo -yüzAirbus A330-20011 -Airbus A330-30031 -Airbus A330-900neo -25Airbus A350-900619Bombardier CS100 -75McDonnell Douglas MD-88109 -McDonnell Douglas MD-90-3062 -Ümumi852

İstinadlar

Kateqoriya:Amerika brendləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər