Fosforamid molekulyar formulu O=P(NH2)3 olan kimyəvi birləşmədir. Bu, hidroksil qruplarının hər birinin bir amin qrupu ilə əvəz olunduğu fosfor turşusunun törəməsidir. Fosforamid fosforilxloridin ammonyak ilə reaksiyasından yaranır. Polyar həlledicilərdə həll olan ağ bərk maddədir. Nəmli havada ammonium duzuna hidroliz olunur:

2 H2O + OP(NH2)3 → NH4+[HPO3(NH2)] + NH3

Natrium hidroksid ilə reaksiya ammonyakın ayrılması nəticələnir:

NaOH + OP(NH2)3 → NaO2P(NH2)2 + NH3

Tiofosforil birləşməsi P(=S)(NH2)3 tiofosforil-xloridin ammonyak ilə reaksiyasından alınmışdır. Fosforamidlər Əsas məqalə: Fosforamidlər Fosforamid həmçinin fosforamidlər adlanan bir sıra törəmələrin sintezi üçün əsas birləşmədir. Nümunə birləşmə polyar həlledici heksametilfosforamiddir (HMFA).

İstinadlar

Mənbə ^ Robert Klement, Otto Koch (1954). "Phosphoroxy‐triamid und Phosphorthio‐triamid". Chemische Berichte. 87 (3): 333–340. doi:10.1002/cber.19540870308. ^ IUPAC, Compendium of Chemical Terminology, 2nd ed. (the "Gold Book") (1997). Online corrected version: (2006–) "phosphoramides". doi:10.1351/goldbook.A00484

Kateqoriya:Kimyəvi birləşmələr