və ya doğum adı ilə – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır.
Həyatı və karyerası Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Noquçi 1900-cü ildə Simon Fleksnerin dəvəti ilə ABŞ-yə getmiş və Pensilvaniya Universitetində işləmişdir. Burada ilan zəhərini öyrənmişdir. 1903-cü ildə Milli Serum İnstitutunda işləmək üçün Danimarkaya getmişdir. 1904-cü ildə Nyu-Yorkda yerləşən Tibbi Tədqiqat üzrə Rokfeller İnstitutunda işləməyə başlamışdır.
1915-ci ildə Yaponiyaya qayıtsa, 1918-ci ildə sarı qızdırma xəstəliyini öyrənmək üçün Cənubi Amerikaya getmiş, Peru, Braziliya, Salvador, Ekvadorda olmuş və vaksin hazırlamışdır. 1927-ci ildə sarı qızdırma xəstəliyinin səbəbini aşkar etmək üçün müasir Qananın ərazisində yerləşən Akkra şəhərinə getmişdir. O, Nyu-Yorka qayıtmağı planlaşdırsa da, sarı qızdırmaya yoluxmuş və 21 may 1928-ci ildə Akkrada ölmüşdür.
Elmi töhfələri Noquçi 1913-cü ildə ABŞ-də sifilis xəstəliyinin törədicisini kəşf etmişdir. Bu kəşfinə görə 1914 və 1915-ci illərdə Tibb üzrə Nobel mükafatına namizəd göstərilmişdir. O, poliomielit, Oroya qızdırması və traxoma xəstəliklərini də tədqiq etmişdir.
Xatirəsi 1939-cu ildə Noquçinin doğulduğu yerdə Hideyo Noquçi Memorial Muzeyi açılmışdır. Noquçinin Ekvadorda çəkdirdiyi fotosu 1000 yenlik əsginasda öz əksini tapmışdır. Google 9 noyabr 2011-ci ildə onun 135 illiyi münasibətilə dudl yayımlamışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri Kateqoriya:Yaponiya bakterioloqları Kateqoriya:İmperator Mükafatının laureatları Kateqoriya:Yaponiya protestantları