Adolf Holşteyn-Qottorp (; ) — birinci Holşteyn-Qottorp hersoqu, Oldenburq sülaləsinin Holşteyn-Qottorp xəttinin banisi.

Adolf Danimarka kralı I Fridrix və onun ikinci arvadı Pomeraniyalı Sofiyanın üçüncü oğlu idi. Fridrix oğlunu landqraf Hessenli Filippin sarayında təhsil almağa göndərmiş, Adolf dörd ili Filippin Kasseldəki qalasında keçirmişdir.

1544-cü ildə Adolf, qardaşları Hans və III Xristian Şlezviq və Holşteyn hersoqluqlarını öz aralarında bölüşdürmüşdülər. Adolf üçünün ən kiçiyi olduğu üçün ilk olaraq özü üçün bir hissə seçmişdir. O, Qottorp qəsrini dövlətinin paytaxtı seçdiyi üçün onun sülalə xətti Holşteyn-Qottorp adlandırılmağa başlamışdır.

İstinadlar

Xarici keçidlər Адольф Гольштейн-Готторпский в Allgemeine Deutsche Biographie Kateqoriya:Norveç şahzadələri