Rişi Sunak (; ) — Britaniya dövlət və siyasət xadimi. Birləşmiş Krallığın baş naziri (2022-2024), Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri (2022-2024).

Britaniya tarixində hind əsilli ilk baş nazir olmuşdur.

Erkən həyatı Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər.

Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.

Şəxsi həyatı Sunak dini inancına görə hindudur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Birləşmiş Krallıq baş nazirləri Kateqoriya:Mühafizəkarlar Partiyasından olan Böyük Britaniyanın baş nazirləri