Mazi körpüsü — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kəndindən 0,5 km cənub-qərbdə yerləşən, Qoşqarçay üzərindən keçən tarixi piyada körpüsü.
Körpü XII–XIII əsrlərə aiddir. Bu, XIX əsrin sonlarında dağıdılmışdır. Məlumdur ki, 1988-ci ilə qədər Qoşqarçayın hər iki sahilində hələ də körpü dayaqları mövcud olmuşdur.
Mazi körpüsü 10,15 metr, keçid uzunluğu 3 metr olan daş tağlı körpüdür. Körpünün bünövrəsi altında yerləşən qaya tamamilə açıqdır və çay qayanın arasından keçərək məcrasını təxminən 10 metr dərinləşdirmişdir.
İstinadlar
Kateqoriya:Daşkəsən rayonunun abidələri Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:Piyada körpüləri