thumb|320px|Hantinqtonun sivilizasiyaların toqquşması xəritəsi

Sivilizasiyaların toqquşması — Samuel Hantinqton tərəfindən hazırlanmış olan bir tezisdir kihttp://gbse.com.my/v4no10JANUARY2018/Paper-147-i-.pdf , bu tezisə görə Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcəkdirOfficial copy (free preview): The Clash of Civilizations? , Foreign Affairs, Summer 1993.

Hantinqton bu tezisə ilk dəfə 1993-cü ildə “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində toxunmuş, daha sonra bu tədqiqat işini genişləndirərək 1996-cı ildə kitab halında nəşr etdirmişdirElst, K. India's Only Communalist: an Introduction to the Work of Sita Ram Goel, in Sharma, A. (2001). Hinduism and secularism: After Ayodhya. Basingstoke: Palgrave..

Sivilizasiyalar

center|500px|thumb|Ölkələrə görə mədəniyyətləri göstərən xəritə. Açıq mavi pravoslav, tünd göy qərb, bənövşəyi Latın Amerikası, yaşıl islam, qəhvəyi Afrika, narıncı hind, sarı buddist, qırmızı yapon, tünd qırmızı Çin sivilizasiyasıdır. Yalnız ölkələr müxtəlif rənglərdə göstərilir.

Qərb sivilizasiyasının mərkəzi Qərbi Avropa (Avropa İttifaqı) və Şimali Amerikadadır, lakin Avstraliya və Yeni Zelandiya kimi avropalıların məskunlaşdığı ölkələrdə də mövcuddur. Hantinqtona görə Sakit Okean adaları, Şərqi Timor, Surinam, Fransız Qvianası və şimali və mərkəzi Filippin də bu mədəniyyətin təsiri altındadır. Pravoslav ölkələri Ermənistan, Belarusiya, Bolqarıstan, Kipr, Gürcüstan, Yunanıstan, Moldova, Monteneqro, Makedoniya, Rumıniya, Rusiya, Serbiya və Ukraynadır. Latın Amerikası Qərb sivilizasiyası ilə yerli mədəniyyətlərin qarışığıdır. Argentina kimi bəzi Cənubi Amerika ölkələri bəziləri tərəfindən qərb sivilizasiyasının bir hissəsi kimi göstərilmişdir. İslam sivilizasiyası Mərkəzi Asiya, Şimali Afrika, Cənub-Qərbi Asiya, Əfqanıstan, Albaniya, Azərbaycan, Banqladeş, İndoneziya, Malayziya, Maldiv adaları, Pakistan, Somali, Mindanao, Türkiyə və Hindistanın bir hissəsində geniş yayılmışdır. Hindistan sivilizasiyası, Hindistan, Nepal və Hindistan diasporunun mövcud olduğu regionlarda yayılmışdır. Çin sivilizasiyası Çin, Koreya, Sinqapur, Tayvan və Vyetnamda mövcuddur. Bu sivilizasiya eyni zamanda Çin diasporunun getdiyi və yaxından əlaqəli olduğu yerlərdə, xüsusən də Cənub-Şərqi Asiyada da yayılmışdır. Yaponiya mədəniyyəti Çin sivilizasiyası ilə Altay mənşəli mədəniyyətlərin qarışığıdır. Qara Afrika sivilizasiyası, ehtimal ki, Hantinqtonun qeyd etdiyi səkkizinci böyük mədəniyyətdir. Buddist ənənələrinə malik olan Butan, Kamboca, Laos, Monqolustan, Myanma, Şri-Lanka, Tayland, Arunaçal-Pradeş, Kalmıkiya, Nepalın bir hissəsi, Sibirin bir hissəsi və Tibet digər sivilizasiyalardan fərqli bir həyat tərzində yaşayırlar, lakin Hantinqton onların digər mədəniyyətlərdən müstəqil, böyük beynəlxalq mədəniyyət olduğuna inanır. Bunlardan başqa Hantinqton bəzi ölkələri qərarsız ölkələr olaraq müəyyən etmişdir. Bir mədəniyyətə mənsub olmasına baxmayaraq (xalqın istəksizliyinə baxmayaraq) başqa sivilizasiyalara keçmək istəyən ölkələr bu tərifə daxil edilirlər. Efiopiya, Haiti və Türkiyə kimi ölkələri “qərarsız” ölkələr olaraq görmüşdür. İsrail digərlərindən fərqli mədəniyyətə malik olsa da, Hantinqtona görə, o, qərb sivilizasiyasından çox da fərqlənmir və müəyyən mənada onun bir hissəsidir. Hantinqton həmçinin Karib dənizi hövzəsindəki keçmiş Britaniya koloniyalarının da digərlərindən fərqli mədəniyyətə aid olduğuna inanır. Bəzi mənbələrdə Çin, Hindistan, Buddist və Yapon mədəniyyətləri vahid sivilizasiya kimi qeyd olunurlar.

İstinadlar

Kateqoriya:Mədəniyyət konsepsiyaları

Kateqoriya: Siyasət Kateqoriya:Tarix nəzəriyyələri Kateqoriya:Mədəni vilayətlər Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Kimlik siyasəti Kateqoriya:Siyasi coğrafiya Kateqoriya:Simon & Schuster kitabları Kateqoriya:Beynəlxalq münasibətlər nəzəriyyəsi Kateqoriya:Politologiya terminologiyası Kateqoriya:Münaqişə Kateqoriya:Fəlsəfə haqqında əsərlər