Abbas Sultan oğlu Xəlilov — Azərbaycan hərbçisi, general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini (2023-cü ildən)

Fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Abbas Xəlilov Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2025-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilov “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif edilib

İstinadlar

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar