Yuxarı Bavariya hersoqluğu () — Müqəddəs Roma İmperiyasının tərkib hissələrindən biri. 1255-ci ildə ilk Bavariya bölgüsündən 1340-cı ildə Bavariyanın yenidən birləşməsinə qədər və 1349-cu ildən ikinci Bavariya əyalət bölgüsündən 1363-cü ildəki hersoq Maynhardın ölümünə qədər mövcud olmuşdur. Bundan sonra əvvəlcə Aşağı Bavariya hersoqluğu Bavariya-Landsxuta, Yuxarı Bavariya isə Bavariya-Münhen və Bavariya-İnqolştadta bölündü.

Tarixi Landsxut varislik müharibəsindən sonra Bavariyanın yenidən birləşməsinə qədər olan dövrdə müstəqil qismən hersoqluq kimi mövcud olan Bavariya-Münhen hersoqluğu, xüsusən də Bavariya-İnqolştadtın birləşməsindən sonra tez-tez Yuxarı Bavariya Hersoqluğu kimi xatırlanırdı. Yuxarı Bavariya hersoqluğu termini 1808-ci ilə qədər I Maksimilianın tapşırığı ilə qraf Maks İosif fon Monjela tərəfindən yenidən təşkil edilənə qədər Bavariya kürfürstlüyünün Münhen və Burqhauzen ərazisi üçün istifadə edildi. Daha sonra I Lüdviq tərəfindən "dövlətin ayrı-ayrı əsas hissələrinin adlarının qaytarılması" üçün 1837-ci ildən bəri Yuxarı Bavariya inzibati dairəsi yaradıldı.

Hersoqları II Lüdviq (1255–1294) I Rudolf (1294–1317) IV Lüdviq (1294/1301–1340) V Lüdviq (1349–1361) VI Lüdviq (1349–1351) V Otto (1349–1351) Maynhard (1361–1363)

Mənbə Max Spindler, Andreas Kraus (Hrsg.): . 2. Auflage. 2. Band. C. H. Beck, München 1988, ISBN 3-406-32320-0.

Kateqoriya:Müqəddəs Roma imperiyasının hersoqluqları Kateqoriya:Bavariya tarixi