link=https://en.wikipedia.org/wiki/File:Image-Blason_Colmar_68.svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_haguenau_67.svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_de_la_ville_de_Kaysersberg_(68).svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_Mulhouse.svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_de_la_ville_de_Munster_(68).svg|77x77pxKolmarAqnoKaysersberqMüluzMünsterlink=https://en.wikipedia.org/wiki/File:FRA_Obernai_67_COA.svg|85x85pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_Rosheim_67.svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_ville_fr_S%C3%A9lestat_(Alsace).svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_de_la_ville_de_Turckheim_(68).svg|77x77pxlink=https://en.wikipedia.org/wiki/File:Blason_Wissembourg_67.svg|85x85pxObernayRoshaymŞlettştadtTürkhaymVisambur Dekapolis (, ) 1354-cü ildə Müqəddəs Roma İmperiyasının Elzas regionundakı on Azad İmperiya şəhəri tərəfindən öz hüquqlarını qorumaq üçün yaradılmış ittifaq idi. 1679-cu ildə ləğv edildi.
1354-cü ildə imperator IV Karl Kolmar, Aqno, Kaysersberq, Landau, Mülhauzen, Münster im Elzas, Oberenhaym, Roshaym, Şlettştadt, Türkhaym və Vayşenburq şəhərlərini birləşdirən müqaviləni ratifikasiya etdi.G. Köbler, Historisches Lexikon der deutschen Länder, 7-ci nəşr, C. H. Beck, Munich, 2007. Aqno onun paytaxtı oldu, görüşlərin keçirildiyi Strasburq şəhəri isə ittifaqdan kənarda qaldı. Seltz şəhəri 1357-ci ildə Birbaşa İmperiya şəhəri status aldıqda liqaya qoşuldu, lakin 1414-cü ildə Pfals kürfürstlüyünə daxil eildikdən sonra onu tərk etməli oldu.
1378-ci ildə Karlın ölümündən sonra ittifaq dayandırıldı, lakin növbəti ildə yenidən quruldu. On şəhər 1500-cü ildə Yuxarı Reyn dairəsinə qoşuldu. 1515-ci ildə Mülhauzen Qədim İsveçrə İttifaqı ilə birləşmək üçün ittifaqdan çıxdı. 1521-ci ildə Elzasın şimalındakı Landau şəhəri ilə əvəz olundu.
İttifaq, bölgəni dağıdan Otuzillik Müharibə ilə güclü sarsıldı. Bu da 1648-ci il Vestfaliya sülhünə əsasən, Fransa kralı XIV Lüdovikə şəhərləri fəth etməyə imkan verdi. 1679-cu ildə Nimvegen müqavilələrinin imzalanması ilə nəhayət, Elzas Fransa tərəfindən ilhaq edildi və ittifaq dağıldı. Müluz 1798-ci ildə Birinci Fransa Respublikasına birləşdirilənə qədər İsveçrə Konfederasiyasının müstəqil şəhəri və eksklavı olaraq qaldı. Landau Pfals ilə birlikdə 1815-ci il Vyana Konqresindən sonra Bavariyaya verildi.
İstinadlar
Kateqoriya:Müqəddəs Roma imperiyası tarixi Kateqoriya:Elzas-Lotaringiya Kateqoriya:Fransa tarixi Kateqoriya:Bavariya tarixi Kateqoriya:İsveçrə tarixi