II Maksimilian (28 noyabr 1811 - 10 mart 1864) — 1848-1864-cü illər arasında Bavariya kralı olaraq hökm sürmüş alman zadəgan. Atası I Lüdviqdən fərqli olaraq, Maksimilian çox populyar idi və şəxsi israfçılıqdan daha çox hökumətin işinə maraq göstərirdi. 1848-ci il Alman İnqilabı zamanı taxta çıxan kral Maksimilian öz dövlətində sabitliyi bərpa etdi. Onun hakimiyyətinin qalan hissəsi Almaniyanın birləşdirilməsi uğrunda müharibələr zamanı Bavariyanın müstəqilliyini qorumaq və paytaxtı Münhen şəhərini mədəni və təhsil şəhərinə çevirmək cəhdləri ilə səciyyələnir.

İstinadlar

Kateqoriya:Vittelsbax sülaləsi Kateqoriya:Bavariya kralları Kateqoriya:Teatin kilsəsində dəfn olunanlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:XIX əsr Almaniya şəxsləri