Cessna 182 "Skayleyn" ümumi təyinatlı yüngül amerikan təyyarəsidir. "Skylane" əlavəsi, ilk dəfə 182A modifikasıyasının adında, onun daha təkminləşdirilmiş model olduğunu ifadə etmək üçün istifadə olunmuşdur. Cessna Aircraft Company tərəfindən hazırlanmışdır. Bu təyyarə aviasiya tarixində ən çox istehsal olunmuş təyyarələrdən biridir. 1956-cı ildən başlayaraq 15 modifikasiya üzrə 25000-dən çox təyyarə istehsal olunmuşdur.
Taktiki-texniki xüsusiyyətləri
Ekipaj: 1 nəfər Sərnişin 3 nəfər Uzunluğu: 8,8m Qanad genişliyi: 11,0 m Hündürlüyü: 2,8 m Boş çəki: 894 kq Yüklü çəki: 1400 kq Maksimum qalxma ağırlığı: 1406 kq Güc təminatçısı: 1xLycoming10-540-AB1A5 mühərriki Yanacaq çəni: Yanacaq sərfiyyatı: Maksimum sürət: 278 km/saat Kreyser sürəti 269 km/saat Məsafə: 1722 km Uçuş tavanı: 5517 m Yüksəkliyə qalxma sürəti:
Kateqoriya:ABŞ təyyarələri