“Barbarossa” (digər adları: “Barbarossa: öncəgörmənin lənəti”, “Barbarossa: öncəgörücünün lənəti”, “Mühasirə lordu”, “Müharibə qılıncı”) (ingiliscə: Barbarossa, italyanca: Barbarossa) 2009-cu ildə Renzo Martinelli tərəfindən çəkilmiş İtalyan tarixi filmidir.
Dünya premyerası 2 oktyabr 2009-cu ildə baş tutmuşdur.
Süjet xətti
Film - epik dastan formasında olub - imperiyanın gücünə qarşı çıxan və müstəqilliyini müdafiə edən Milan şəhəri və Lombard Liqası ilə Frederik Barbarossa arasındakı qarşıdurmadan bəhs edir. Film 1176-cı ildə Leqnano döyüşü (I Fridrix Barbarossanın italyanların birləşmiş qüvvələri tərəfindən məğlubiyyətə uğradılması) ilə başa çatır.
İstinadlar Kateqoriya:2009-cu ilin İtaliya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:XII əsr haqqında tarixi filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri