Seyid Şuşinskinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış evi. Seyidli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956) Seyid Şuşinskinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır. Tarixi Seyid Şuşinskinin evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir.Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsindən FOTOREPORTAJ VİDEO Bina XIX əsrin memarlıq abidəsidir. Seyid Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri olub. Seyid Şuşinskinin evi bir mərtəbəli olub, dörd otaqdan ibarət idi.

Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir. Yaşayış evinin qalıqları hazırda general Yaqub Quliyev küçəsində yerləşir.

İstinadlar

Həmçinin bax Şuşa abidələri

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XIX əsrdə tamamlanmış evlər