Sabrina Ennlinn Karpenter () — amerikalı müğənni, bəstəkar, aktrisa. Sabrina aktrisalıq karyerasına cinayət teleserialı "Law & Order: Special Victims Unit" ilə başlayıb. O, Fox-un üç ay davam edən qısa müddətli serialı "The Goodwin Games"-də təkrarlanan rol alıb. Həmçinin Disney Channel-də yayımlanan komediya serialı "Girl Meets World" (2014–2017) və televiziya filmi "Adventures in Babysitting"-də çəkilmişdir.

Sabrina, "Horns" (2013), "The Hate U Give" (2018), "The Short History of the Long Road" (2019), "Clouds" (2020) və "Emergency" (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, "Tall Girl" (2019) və onun davamında (2022) və "Work It" (2020) filmlərində yer alıb.

2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı minialbomu işıq üzü görüb. 2015-ci ildə o, "Eyes Wide Open" adlı debüt albomu və üç əlavə studiya albomu, "Evolution" (2016), "Singular: Act I" (2018) və "Singular: Act II" (2019) buraxıb. Beşinci studiya albomu "Emails I Can't Send" 2022-ci ildə işıq üü görüb.

Həyatı Karpenter 11 may 1999-cu ildə Pensilvaniya ştatının Kvakertaun şəhərində Devid və Elizabet Karpenterin ailəsində anadan olub və Şərqi Qrinvildə böyüyüb. Üç böyük bacısı ilə birlikdə böyüyüb və evdə təhsil alıb. 10 yaşında mahnı oxuyarkən çəkdiyi videoları YouTube-a yerləşdirməyə başlayıb. Atası onun musiqiyə olan həvəsini artırmaq üçün onun üçün səsyazma studiyası tikdirib. 2011-ci ildə Sabrina Mayli Sayrusun "The Next Miley Cyrus Project" adlı mahnı müsabiqəsinə qoşulmuş və üçüncü yeri tutmuşdur.

Diskoqrafiya Eyes Wide Open (2015) Evolution (2016) Singular: Act I (2018) Singular: Act II (2019) Emails I Can't Send (2022) Short n' Sweet (2024)

İstinadlar

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar