– Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün kimi tanınır.

Xüsusiyyətlər Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir.

Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir.

Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir. Ziyarətçilər xizək əvəzinə şinə minərək təpədən sürüşürlər. Parkı uşaqlarla yanaşı, böyüklər də tez-tez ziyarət edir.

Populyar mədəniyyətdə 2006-cı ildə Yaponiyada çəkilmiş "Yumşaq həyat" filminin bir səhnəsi bu parkda baş verir.

Həmçinin bax Şinozavr – Moskvada avtomobil şinlərindən hazırlanmış heykəl

İstinadlar

Xarici keçidlər Otanın rəsmi saytında.

Kateqoriya:Tokio parkları və bağları Kateqoriya:Ota Kateqoriya:Nəqliyyat vasitəsi şini