Kodi Fern () — Avstraliyalı aktyor və rejissor. Palos Verdes Qəbilələri (2017) filmindəki ilk rolundan sonra o, FX-də yayımlanan Amerikan Cinayət Hekayəsi: Canni Versaçenin sui-qəsdi (2018) serialında qətlin qurbanı olan Devid Madsonu canlandırdı. Həmin ilin sonunda Fern, Amerikan Qorxu Hekayəsi: Apokalipsis serialında Maykl Lanqdon obrazını canlandırdı. O həmçinin Netflix serialı House of Cards-ın son mövsümündə Dankan Şeperd rolunda göründü. 2019-cu ildə qayıdaraq Amerikan Qorxu Hekayəsi serialının doqquzuncu mövsümü olan 1984-də Xavier Plimpton rolunu canlandırdı. 2021-ci ildə o Amerikan Qorxu Hekayəsinin onuncu mövsümündə (Double Feature) və həmin il yayımlanan spin-off seriyası Amerikan Qorxu Hekayələrinin iki epizodunda yer aldı.

Həyatı Fern 6 iyul 1988-ci ildə Qərbi Avstraliyanın Southern Cross ərazisində anadan olub. Merredin Senior Liseyində internat məktəbində oxumuş və 2009-cu ildə Curtin Texnologiya Universitetini Ticarət üzrə Fəxri Diplomla bitirmişdir."Cody Fern ready for the ride of his life in War Horse". Sally Bennett. Sunday Herald Sun, 15 October 2012

Filmoqrafiya

Film İlAdıRolQeydlər2008Yerdəki DəlikZakQısa film2010Səni indi evə aparacamSüd2010Çəkilmiş EvSteve20113AMNj2014Sonuncu dəfə Riçardı görərkənRiçard2017Palos Verdes qəbilələriCim Meson2017BalıqlarÇarliQısa film; rejissor və yazıçı2018Böyük qaranlıq günlərSəyahət satıcısı2022Ata StuCekobTBANağıllar diyarıEddi Bodiİstehsal davam edir

Televiziya İlAdıRolQeydlər2014Milad ərəfəsi, 1914Arnold ÇapmanTeleviziya filmi2018Amerikan Cinayət Hekayəsi: Canni Versaçenin sui-qəsdiDevid Madson4 epizod2018Amerikan Qorxu Hekayəsi: ApokalipsisMaykl Lanqdon]]9 epizod2018House of CardsDankan Şeperd6 epizod2019Amerikan Qorxu Hekayəsi: 1984Xavier Plimpton9 epizod2021EdenEndi Dolan3 epizod2021–ci ildənAmerikan Qorxu HekayələriSten VoqelEpizod: "Feral"Tomas BrouniEpizod: "Südçü qızlar"2021Amerikan Qorxu Hekayəsi: Double FeatureValiant Tor2 epizod

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Avstraliya film aktyorları