Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayəti — Səfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət, şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri. Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi.
Tarixi
Səfəvi imperiyasının Qəndəharı ələ keçirməsi alt=Tahmasp and Humayun at a spring New Year festival, surrounded by other people|thumb|upright=1.2|Şah Təhmasib və Hümayun Novruz şənliyində. İsfahanın Çehel Sütun sarayının divarında əks etdirilmiş rəsm. Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.
thumb|left|Səfəvi və Böyük Moğol hakimiyyəti dövründə Böyük Qəndəhar bölgəsi. Səfəvi–Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu tək buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, o, arvadı, qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu. 1544-cü ildə Hümayun Sistan hakimi Əhməd Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla qarşılandı. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına hərəkət etdi. Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları qarşıladılar. Sonra Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəbilə yollandı. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında "baş əydi", bundan sonra isə saraya qayıtdı. Müxtəlif məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş Hümayunun sərəncamına verildi. Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. Həmçinin Hümayun şiəliyi qəbul etməyi də öhtəsinə götürmüşdü.
Lakin Hümayun Hindistana geri dönüb taxtını geri aldıqdan sonra yenidən sünniliyə keçir, lakin onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir. Qəndəharın verilməsi ilə də bağlı problem ortaya çıxır. Qəndəhar şəhərinin verildiyi Səfəvi şahzadəsi Murad Mirzə (razılaşmaya görə, Şah Təhmasib Qəndəharın məhz oğlu Murad Mirzəyə güzəştə gedilməsini istəmişdi) qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi. Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.
Qəndəhar uğrunda Səfəvi-Moğol müharibələri thumb|left|340px|Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir Moğollar şəhəri birdə 1545-ci ildə geri qaytarmağı bacardılar. Səfəvi imperiyası 1558-ci ildə şəhəri geri aldı. I Abbas dövründə 1595-ci ildə şəhər yenidən moğolların əlinə keçdi. I Abbasın bunu düzəltmək istəyi moğollarlarla 1622-ci ildə müharibənin başlanmasına səbəb oldu.
1605-ci ildə Heratın hakimi Hüseyn xan Qəndəhar şəhəri üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanın moğol hakimi Şah bəy Xanın inadkar müqaviməti və bunun ardınca da güclü moğol ordusunun yardıma gəlməsi nəticəsində Səfəvi ordusu geri çəkilməyə məcbur oldu. Şah Abbas Osmanlı üzərindəki qələbədən sonra moğollar üzərinə yeni bir müharibəyə başladı. 1621-ci il 20 mayda I Abbas komandanlığında Qəndəhara çatan Səfəvi ordusu dərhal şəhərin mühasirəsinə başladı. Şəhərin mühasirəyə alınması xəbəri ona çatmasına baxmayaraq, moğol hökmdarı Cahangir reaksiya göstərməyə gecikdi və əlavə qüvvə göndərmədi. Şəhərin müdafiəsində qalan 3 min nəfərlik kiçik qarnizon isə uzun müddət müqavimət göstərə bilmədi. İmperator oğlu və vəliəhdi olaraq qəbul edilən Xürrəmdən yardım üçün toplanmış orduya komandanlıq etməyini istədi. Bu zaman Dekanda Manduda olan Xürrəm saraydan uzaqda olduğuna görə gücünü itirəcəyindən ehtiyat edərək bundan yayındı.
Moğolların qaladakı qarnizona yardım üçün topladığı ordunun zəif olduğu qısa zaman sonra bəlli oldu. 45 günlük mühasirədən sonra 22 iyunda qala təslim alındı. Bundan qısa müddət əvvəl isə Zəmindavar Səfəvi ordusu tərəfindən ələ keçirilmişdi. Qəndəharın hakimi I Abbas tərəfindən Gəncəli xan Zığ təyin edildi.
Şəhərə Səfəvi qarnizonu və qarnizon üçün lazım olan cəbhəxana yerləşdirildikdən sonra I Abbas Gur yolu ilə Xorasana geri qayıtdı. Geri dönüş yolunda olarkən o, Çağçaran və Ğarcistanda müqavimət göstərən əmirlər tabe etdi.
Bu zaman moğolların başları öz daxili məsələlərinə qarışdı və lazimi müqaviməti göstərə bilmədilər. Beləki Xürrəm üsyan qaldırmış və paytaxta doğru yürüşə çıxmışdı. Beləliklə, 1623-cü ilin yazında moğol elçisi I Abbasın düşərgəsinə gəldi və moğol imperatorunun Qəndəharı itirdiyini qəbul etdiyini bildirdi. Beləliklə Səfəvi imperiyası ilə Moğol imperiyası arasındakı münaqişə sona çatdı.
1638-ci ildə Qəndəharın Səfəvi hakimi Əlimərdan xan Zığın moğollara təslim olmasından sonra şəhər yenidən moğol hakimiyyəti altına girmişdi. Şəhəri yenidən geri qaytarmaq üçün II Abbas yenidən müharibəyə başladı. 4 aprel 1648-ci ildə moğolların Bədəxşandan geri çəkilməsindən cəsarətlənən II Abbas 40 minlik ordu ilə birlikdə İsfahandan hərəkətə başladı. Ləşkərgahı ələ keçirdikdən sonra o, 28 dekabrda Qəndəharı mühasirəyə aldı və qısa müddətlik mühasirədən sonra oranı 22 fevral 1649-cu ildə ələ keçirdi.
Bəlx yürüşündəki uğursuzluq moğolların cəbhədəki mövqelərinin xeyli zəifləməsi ilə nəticələnmişdi. Bunun sübutu kimi isə, Qəndəharın mühasirəsinin az çəkməsi və qısa müddət ərzində Səfəvi imperiyasının əlinə keçməsini göstərmək olar. 1651-ci ildə moğollar şəhəri ələ keçirmək üçün yenidən hücuma keçsələr də, qışın yaxınlaşmasına görə mühasirəni yarıda saxlamağa məcbur oldular.
Qəndəharın moğollar tərəfindən mühasirələri Qəndəharın itirilməsi Moğol imperiyası üçün çox ağır strateji itki kimi görünürdü. Şəhərin itirilməsinin imperiyasının nüfuzuna xələl yetirdiyi düşünülürdü və Sultan Şahcahan nə olursa olsun onu geri qaytarmaq istəyirdi. Bunu reallaşdırmaq üçün o, oğlu Övrəngzibi 50 minlik ordu ilə yürüşə göndərdi. Övrəngzibi Sədullah xan (saray müşaviri) və Caypurlu I Cay Sinx müşayiət edirdi. Onlar 1649-cu ilin aprelində Qəndəhar qalasına hücum etdilər və bir neçə ayı kənarındakı düzənlik ərazilərdə Səfəvi ordusuna qarşı döyüşməklə keçirdilər. Şəhər kənarındakı döyüşdə Səfəvi ordusu məğlub olsa da, qala döyüşlərində böyük uğur əldə etdilər. Lakin tədricən moğol ordusu maddi-texniki təminat problemləri yaşamağa başladı. Həmçinin Səfəvilərin inadlı müqavimət göstərməsi ilə birlikdə, şəhərin müdafiə tikililərini uçura bilmək üçün moğol ordusunun yetəri qədər odlu silahı da yox idi. Hər bir halda, 5 sentyabr tarixində moğol ordusu 3 min döyüşçü və minlərlə heyvan itirərək geri çəkildi.
Birinci mühasirənin uğursuzluqla bitməsindən etibarən moğollar ikinci hücuma hazırlaşmağa başladılar. İkinci mühasirəyə hazırlıq mərhələsində mğollar böyük toplar sifariş edərək özlərinin artilleriya qüvvələrini gücləndirməyə çalışdılar. İkinci mühasirəyə daha yaxşı hazırlaşan moğollar qoşqu heyvanları yerinə bu dəfə dəvələrdən yararlanmağı planlayırdılar. Birinci mühasirədə olduğu kimi şahzadə Övrəngzib, Caypurlu I Cay Sinx və Sədulla xan yürüşdə iştirak edirdi.
Səfəvi imperiyası da Qəndəhardakı qüvvələrinə yardım göndərmiş, qalanın ziyan görmüş yerləri bərpa edilmişdi.
İkinci müharisəyə yollanan moğol ordusu 2 may 1652-ci ildə şəhərə çatdı və qala divarlarının altından lağımlar qazmağa başladı. Lakin Səfəvi ordusu moğollarla müqayisə də daha dəqiq tüfənglərə sahib idilər. Şahcahanın qala divarları dağıdılmadan döyüşçülərin hücum etməməsini əmr etməsindən sonra Səfəvi ordusunun şəhəri müdafiə etməsi daha asanlaşdı. Bundan başqa, moğollar özbəklərlə də bağlı problemlər yaşamağa başladılar. Beləki, II Abbas özbək Əbdüləziz xanla da ittifaq imzalamışdı. Bundan sonra Əbdüləziz Kabula 10 minlik qoşun göndərərək, moğolların təminat yollarını kəsdi. Moğolları mühasirəni ləğv etməyə məcbur edəcək qədər güclü olmasalar da, özbəklər önəmli zərbələr vura bilirdilər. Belə zərbələrin birində onlar mühasirəyə alan orduya gedən və 2500 döyüşçü tərəfindən qorunan 1.5 milyon gümüş sikkəni ələ keçirə bilmişdilər.
Səfəvi ordusunun yaxşı müdafiə olunduğunu, özbəklərin fəaliyyətini və öz ordusunun uğursuzluğunu görən Şahcahan oğlu Övrəngzibə ordusunu Kabula aparmağı əmr etdi. Beləliklə, 9 iyul 1652-ci ildə ikinci mühasirəni də Səfəvi ordusu uğurla başa vura bildi.
Moğolların Qəndəharı ələ keçirmək üçün olan III cəhdi 1653-cü ilin yazında baş verdi. İki dəfə uğursuz olduqdan sonra şahzadə Övrəngzib ordunun komandanlığından alındı, yerinə qardaşı və vəliəhd şahzadə Dara Şükuh gətirildi. Dara 70 minlik ordu ilə yürüşə başladı. Onun qərərgahına moğolların ən məşhur generalları və əvvəlki iki mühasirə zamanı yaxşı mənada seçilən Caypurlu I Cay Sinx də daxil idi. Lakin şahzadə özünün etməli olduğu şeylərdə belə tez-tez müşavirləri ilə məsləhətləşirdi. Bu məsləhətləşmələr vəliəhd şahzadənin gözünə girməyə çalışan müşavirlərinin qarşılıqlı davaları ilə müşayiət olunurdu. Həmçinin təcrübəli moğol generalları hərbi məsələlərdə onların yerinə şahzadənin öz şəxsi müşavirləri ilə məsləhətləşməsindən də narahat idilər.
Üçüncü mühasirəni edəcək olan ordu Qəndəhara aprel ayında çatdı. Lakin ənənəvi xətti müharibə üçün olan silahlarla təmin edilmiş moğol ordusu mühasirə döyüşü apara bilmək üçün zəif təchiz edilmişdi. Ordunun döyüş qabiliyyətini zəiflədən bir digər məsələ isə Daranın hərbi səriştəsizliyi, həmçinin uğursuz əmrlər verdikdən sonra buna görə başqalarını ittiham etməsi oldu. İyun ayında qalanın bir hissəsinin zəbt edilməsi şahzadənin müdaxiləsi ilə baş tutmadı. Yayın sonlarında ordunun daxilində narazılıqlar baş qaldırmağa başladı. Nəhayət, 29 sentyabr 1653-cü ildə mühasirə ləğv edildi.
Bu mühasirənin də Səfəvi ordusunun qələbəsi ilə sonlanması müharibənin faktiki sonlanması və Səfəvi ordusunun qələbə çalması demək idi.
Qəndəharın itirilməsi thumb|right|II Şahnəvaz xan (və ya XI Georgi).
Zəmin