İlya Kaverin () — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944).

Bioqrafiyası 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib.

Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub. O, avtomat, pulemyot və qumbaraatanların köməyi ilə iki gün qeyri bərabər döyüş apararaq, düşmənə cavab atəşi açıb, və ikinci gün gecə saatlarında öz bölməsinə geri qayıda bilib. Geri qayıtdıqdan sonra bir daha Kiyevin azad edilməsində iştirakını davam etdirib. Beləliklə, Kiyev–Svyatoshinsky rayonunun Xotiv kəndi uğrunda gedən döyüşdə o, alman kolonunu məğlub edib. Bu döyüşdə İlya Kaverin düşmənin təxminən bir piyada taqımını və 12 texnikası məhv edib.

İstinadlar

Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ baş çavuşları Kateqoriya:SSRİ tankçıları